Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

İstanbul və Tehran kəskin su qıtlığı ilə üz üzə

İstanbul və Tehran kəskin su qıtlığı ilə üz üzə

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Su həyatın əsas təməlini təşkil edən ən qiymətli resurslardan biridir. Onun səmərəli idarə olunması yalnız ekoloji deyil, həm də iqtisadi, sosial və təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Son illərdə qlobal iqlim dəyişikliyi, əhali artımı və sənayeləşmə prosesləri su ehtiyatlarına olan təzyiqi artırıb və suyun idarə edilməsini dövlət siyasətinin mərkəzində duran strateji məsələ halına gətirib.

Türkiyə KİV-i məlumat verir ki, İstanbulda su anbarlarındakı ehtiyatlar 28 faizə düşüb. İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) açıqlamasına görə, şəhərin su anbarlarında suyun səviyyəsi 27,8 faizdir ki, bu da 868 milyon kubmetr suyun 241,3 milyon kubmetrini təşkil edir. Bu göstərici son on ildəki ən aşağı səviyyələrdən biridir və yalnız 2023-cü ilin eyni dövrü ilə müqayisə edilə bilər, həmin vaxt anbarlar cəmi 16 faiz su ilə dolu idi.

Apreldən etibarən anbarlardakı ehtiyatlar davamlı olaraq azalaraq 80 faizdən bu səviyyəyə düşüb. Şəhəri təmin edən on anbardan yalnız biri 25 faizdən çox su ilə doludur, dördü isə yalnız 2 faizdən az su saxlayır. İstanbulda 16 milyondan çox insan yaşayır və şəhərin gündəlik su istehlakı təxminən 3,18 milyon kubmetrdir. Bu səbəbdən şəhər hakimiyyəti və İSKİ sakinlərə suyu qənaətlə istifadə etməyi tövsiyə edir.

İstanbulun su böhranı yalnız yerli bir məsələ deyil; bu, qlobal su idarəçiliyinin strateji əhəmiyyətini vurğulayan bir nümunədir. Dünyanın müxtəlif bölgələrində su ehtiyatlarının azalması, quraqlıq və iqlim dəyişikliyi nəticəsində yaranan su böhranları ciddi narahatlığa səbəb olur. Məsələn, Pakistanda günəş enerjisi ilə işləyən su nasoslarının artması yeraltı su ehtiyatlarının sürətlə tükənməsinə gətirib çıxarır. “Reuters” agentliyi yazır ki, 2025-ci ildə bu ölkədə təxminən 650 min belə nasos fəaliyyət göstərir. Texnologiya suvarma xərclərini azaltsa da, yeraltı su ehtiyatlarının sürətlə azalmasına səbəb olur.

Avropada da su ehtiyatları ciddi təzyiq altındadır. Avropa Ətraf Mühit Agentliyinin hesabatına görə, iqlim dəyişikliyi və çirklənmə nəticəsində Avropanın təbii resursları, xüsusən də su ehtiyatları təhlükə həddinə yaxınlaşır ki, bu da iqtisadi təhlükəsizlik üçün ciddi risklər yaradır. Bundan əlavə, “Guardian” qəzeti yazır ki, İran hökuməti su çatışmazlığına görə Tehran şəhərini köçürməyi nəzərdən keçirir. Bu qərar əhalinin çoxalması, yeraltı su ehtiyatlarının azalması və infrastrukturun qeyri-kafi olması ilə bağlıdır.

Ümumiyyətlə, dünyada su ilə bağlı risklər təkcə çatışmazlıq və qıtlıqla məhdudlaşmır. Su resurslarının idarə edilməsində qeyri-bərabər paylanma ölkələr arasında gərginliklərə və hətta geosiyasi qarşıdurmalara səbəb ola bilər. Misal üçün, Dəclə və Fərat kimi beynəlxalq çay hövzələrində su istifadəsi regional siyasətin ayrılmaz hissəsinə çevrilib. Bu vəziyyət göstərir ki, su diplomatiyası yalnız texniki və ekoloji məsələlərdən ibarət deyil, o strateji düşüncə və uzunmüddətli planlaşdırma tələb edir.

Bir sözlə, su idarəçiliyi yalnız ekoloji və iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik və geosiyasi strategiyanın ayrılmaz hissəsidir. Su resursları üzərində effektiv nəzarət və davamlı idarəetmə ölkələrin su diplomatiyasını qurmasına imkan yaradır. Qlobal çağırışlar və iqlim dəyişiklikləri fonunda su idarəçiliyinə sərmayənin yatırılması və strateji planlaşdırmanın hazırlanması ölkələrin gələcək uğurunun əsas şərtidir.

Səbuhi MƏMMƏDOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri