İstanbulda kauçuk fabrikində dəhşətli yanğın Fəhlələr müəssisənin damında köməksiz qaldılar
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərində üçmərtəbəli kauçuk istehsalı fabrikində naməlum səbəbdən yanğın baş verib. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
Yanğın başlayanda bəzi fəhlələr vaxtında qaçaraq canlarını qurtara bilsələr də, üç nəfər çıxa bilməyib və binanın damında kömək gözləmək məcburiyyətində qalıb.
Qısa müddətdə hadisə yerinə çatan xilasedicilər yanğını söndürmək üçün əməliyyata başlayıb. Onlar eyni zamanda köməksiz vəziyyətdə qalan işçiləri də xilas ediblər.
İstanbulda kauçuk fabrikində dəhşətli yanğın – Fəhlələr müəssisənin damında köməksiz qaldılar
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Polis əməkdaşları da yanğın bölgəsinin təhlükəsizliyini təmin etmək üçün ərazini nəzarətə götürüb. Hazırda yanğın nəzarətə alınıb.
Bildirilir ki, fabrikdən qalxan qatı tüstü şəhərin bir çox yerindən görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















