İstanbulda nostalji tramvayda yanğın Video
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gecə saatlarında Türkiyədə Taksim Meydanı ilə Beyoğlu tuneli arasında hərəkət edən nostalji tramvayda yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yanğına səbəb qısaqapanma olub.
Tramvayın sürücüsü dərhal yanğınsöndürən balon ilə yanğına müdaxilə edərək alovu söndürüb.
Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib, tramvay qaraja aparılıb.
Faktla bağlı araşdırma aparılır.

