Icma.az
close
up
RU
İstanbuldakı Cəfər Cabbarlı adına Türkiyə Azərbaycan Teatrı yubiley mövsümünün açılışını Bəxtiyar Vahabzadəyə həsr edir

İstanbuldakı Cəfər Cabbarlı adına Türkiyə Azərbaycan Teatrı yubiley mövsümünün açılışını Bəxtiyar Vahabzadəyə həsr edir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul, 13 oktyabr, Günel Karatepe, AZƏRTAC

Uzun illərdir İstanbulda mədəniyyətimizi təbliğ edən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin nəzdindəki Vizyon Teatr Birliyi 10-cu mövsümünün açılışı ilə əlaqədar adını dəyişdirərək Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı olaraq fəaliyyətini davam etdirəcək. Teatrın builki mövsümünün açılışı Xalq şairi Bəxtiyar Vahabzadənin100 illik yubileyinə həsr olunacaq. Bu məqsədlə dərnək İstanbulda ikigünlük geniş proqramla tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Proqrama Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən sərgi, şairin həyatını və əsərlərindən bəhs edən panel iclas daxildir. Proqram çərçivəsində Bəxtiyar Vahabzadəyə həsr olunan “İstiqlal şairi” sənədli filmin təqdimatı, Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının şairin əsərləri əsasında hazırladığı "Yağışdan sonra" ikipərdəli tamaşasının premyerası da olacaq.

AZƏRTAC olaraq tamaşanın məşqlərini izlədik, qurumun yeni layihələri ilə bağlı məlumat aldıq.

Dərnəyin və teatrın rəhbəri Kamalə Kamal Cabbarova artıq uzun illərdir böyük zəhmətlə ərsəyə gətirdiyi teatrın pərdələrini sənət yolunun 10-cu mövsümünə fəxrlə açmağa hazırlandığını bildirərək deyib: “Bu il eyni zamanda Azərbaycan Milli Teatrının 153-cü teatr mövsümünə də birlikdə qədəm qoyuruq. On ildir ki, mədəniyyətlər arasında körpü quran teatrımız və dərnəyimiz, bu, yeni mövsümdə də tamaşaçılarına bir-birindən dəyərli və orijinal səhnə əsərləri təqdim edəcək. Yeni mövsümdə sənətsevərləri səhnədə canlanan, qəlblərə toxunan hekayələr, düşündürücü səhnələr və unudulmaz tamaşalarla görüşdürmək üçün hazırıq. Hər yeni tamaşa yeni bir həyəcan, yeni duyğularda birləşmək deməkdir. Builki həyəcanımız isə daha da böyükdür. Həm yubileyimizi qeyd edəcək, həm də dahi Cəfər Cabbarlının adı ilə ilk dəfə səhnəyə çıxacağıq. Bununla yanaşı açılışımızı geniş proqramla Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr etmişik. Təbii ki, bu böyük bir məsuliyyət tələb edir”.

"Yağışdan sonra" tamaşasının rejissoru Minə Bayrakeri isə AZƏRTAC-la söhbətində Xalq şairinin yaradıcılığında yer alan bəşəri dəyərləri ən gözəl dillə insanlara çatdırdığını ifadə edərək deyib: “Bəxtiyar Vahabzadənin əsərində bir cəmiyyətin həqiqi zənginliyinin maddi sərvətlərdə deyil, mənəvi və əxlaqi dəyərlərdə olduğu vurğulanır. Tamaşaçıya öz dəyərlərini və müasir cəmiyyətdəki yerini yenidən düşünməyi təklif edir. Ümumilikdə isə insanlığın yaşadığı mənəvi böhranı və kimlik axtarışını bədii bir dillə səhnədə əks etdirir”.

Səhnə əsərinin musiqi tərtibatçısı, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsinin rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova Xalq şairi Bəxtiyar Vahabzadəni şəxsən tanıdığı üçün özünü çox xoşbəxt hesab etdiyini deyib: “Mən həm bir ifaçı, həm də bir aktrisa kimi xoşbəxtəm ki, Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış mahnıları, o cümlədən ilk müəllimim olan Mirzə Babayevlə “Kəpənək” mahnısını ifa etmişəm. Mənim üçün qürurverici məqamlardan biri də odur ki, Bəxtiyar Vahabzadə kimi bir çox ədəbiyyat xadimlərimizin kitablarını korrektə və redaktəsini etmişəm. Bəxtiyar Vahabzadə sadəcə şeirlərində deyil, gündəlik həyatda da daima xalqına, Vətəninə, millətinə, türklüyə olan sevgisini vurğulayaraq ifadə edən bir şəxsiyyət idi. Bu hissləri nəinki onun sözlərində, nəfəsində, ruhunda belə hiss etmək olardı”.

Dəvət olunduğu “Yağışdan sonra” tamaşasında aktrisa kimi səhnəyə çıxacağını deyən Vüsalə Əsgərova bundan qürur hissi keçirdiyini bildirib.

AZƏRTAC tamaşanın məşqlərindən eksklüziv fotoları təqdim edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri