Icma.az
close
up
RU
İstanbulun fəthi: II Mehmetin mürşidi olan azərbaycanlı…

İstanbulun fəthi: II Mehmetin mürşidi olan azərbaycanlı…

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

29 may 1453-cü il İstanbulun fəthidir.

II Mehmet onun hüzurunda diz çöküb “Məni də öz sıralarınıza al” deyir.

Onu dinləyən müəllimi Ağ Şəmsəddin bildirir: “Sən dövlət işlərini tələb olunduğu kimi yerinə yetirməyə və sultanlığı idarə etməyə borclusan; sən buna cavabdehsən. Sən mənim xəlvətimə girsən, dünyanın halları pozulacaq. Sən fateh olmalısan!”

***

İstanbulun fəthi Osmanlı ordusunun və Fateh Sultan Mehmetin əzmkar mübarizəsi sayəsində baş verib. “İkinci Roma” kimi tanınan Konstantinopolun fəth edilib türk şəhəri elan edilməsi dünya tarixinin ən önəmli hadisələrindən biridir.

Bu qələbədə əslən azərbaycanlı olan, “Ağ Şəmsəddin” adı ilə tarixə düşən Məhəmməd bin Həmzənin də rolu olub. Yetişdirdiyi əsgərlər - başda Ulabatlu Həsən olmaqla - son ana qədər Fatehin yanında olub, eyni zamanda, onun nəsihət və məsləhətləri də Sultana ruh verib.

Fateh Sultan Mehmetin ən çоx inаndığı, ən çоx sеvdiyi bir insаn olan Аğ Şəmsəddinin Аzərbаycаn türkü оlmаsını Türkiyənin bütün tаrixçiləri təsdiq еdir. Dünyаdа şöhrət qаzаnmış məşhur “Türklərin аltun kitаbı”nın müəllifi, görkəmli türk tаrixçisi Rаfiq Özdək yаzır: “Аğ Şəmsəddinin аtаsı Həmzə аzərbаycаnlı filоsоf Şəhаbəddin Sührəvərdi sоyundаndır”. (“Türklərin аltun kitаbı”, 3-cü cild, səh 472. Tərcümаn təsisiləri, İstanbul, 1990).

Hilmi Ziya Ülkən, V.A. Qordlevski, Zakir Məmmədov, Malik Mahmudov, Matthev Kapsteyn və adlarını yaza biləcəyim onlarla tədqiqatçı Şəhabəddin Yəhya Sührəvərdinin Azərbaycan türkü olduğunu qeyd ediblər.

Məhəmməd bin Həmzə haqda rəvayət edilir ki, ruhani kir və pasları təmizləməkdə mahir, zahid, saç və saqqalları qar kimi ağarmış, Yəzd şəhərindəki parlaq işıqlar kimi üzü ətrafındakılara işıq saçan bir insan olduğu üçün müəllimi Hacı Bayram Vəli tərəfindən ona Ağ Şəmsəddin və Ağ Şeyx rütbələri verilmişdir.

İstanbulun fəthinə böyük təkan verən bir məktubu sizlərə təqdim edirəm. Bu məktub İstanbulun mühasirəsi zaman aprel ayının sonu Sultana gəlib çatır. Elə bir anda ki, İstanbulun mühasirəsi özünün ən böhranlı məqamında idi. Hətta ordudakı sərkərdələr də fikir ayrılığına düşmüşdülər və mühasirənin əbəs olduğunu düşünürdülər.

Ağ Şəmsəddin Sultana mühasirəni davam etdirməyi, ruhdan düşməməyi məsləhət görürdü. Ağ Şəmsəddin hökmdarı inandırmağa çalışırdı ki, qələbə yaxındadır və bu həssas məqamda təşəbbüsü əldən vermək olmaz.

“Mənə qəribə bir hal üz verdi. Qəmli bir halda oturmuşdum. Seyidlərin sultanı Cəfəri-Sadiq həzrətlərinin mənəvi işarəti nəticəsində Quran açdım (istixarə etdim). Kədərli halda bir az Quran oxuyub yatdım, yuxuda indiyə kimi misli görünməmiş lütf və müjdələrə layiq oldum və təsəlli tapdım. Bunlar sənə boş söz kimi görünməsin. Lazm olanı et. Söylədiklərimin hamısı səni sevdiyimə görədir”, - Ağ Şeyx məktubda bildirir.

Sonda Ağ Şəmsəddin yazır: “Bu ilin Cəmadiyələvvəl ayının 20-də səhər qalaya hücum edin. O gün şəhər fəth ediləcək və İstanbuldan əzan səsləri ucalacaq”.

Fateh dərhal qoşuna hazırlıq əmri verdi və Ağ Şəmsəddinin dediyi gün İstanbula hücuma başladı. İstanbul səhər saat 8-də fəth edildi.

Fateh Sultan Mehmet şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil olub, Ayasofyaya doğru irəliləyirdi. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında idi. Bizanslılar Ağ Şəmsəddini Sultan Mehmet hesab edərək, ona gül dəstələri verirdilər. O isə gənc Fatehi göstərərək:

- Sultan budur, gülləri ona verin, - deyirdi.

Fatehsə bildirirdi:

- Sultan mənəm, ancaq İstanbulun fəthinin mənəvi atası odur.

Fateh İstanbulun fəthindən sonra Müqəddəs Sofya məbədində xütbə edir, sonra minbərdən enərək Ağ Şəmsəddinin imaməti ilə fəthin ilk cümə namazını qıldırır.

Ağ Şəmsəddin fəthdən sonra Sultanın israrına baxmayaraq, İstanbulda qalmaq istəməyərək, Göynükə çəkilir və 16 fevral 1459-cu ildə, 70 yaşında vəfat edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 İyun 2025 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri