Icma.az
close
up
RU
İstanbulun gizli keçmişi: Porno sözü belə yaranıbmış... FOTO

İstanbulun gizli keçmişi: Porno sözü belə yaranıbmış... FOTO

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Porno" deyilən bəlanın dünyaya Türkiyənin İstanbul şəhərindən, konkret Sultanahmet ərazisindən yayıldığını bilirsinizmi?

Ölkə.Az xəbər verir ki, nə qədər təəccüblü səslənsə də, bu barədə türkiyəli jurnalist və köşə yazarı Hıncal Uluç yazıb. O, yazısında Roma və Bizans imperiyaları dövründən bəhs edən əsərləri ilə tanınan yazıçı Radi Dikicinin "Teodora" əsərinə istinad edib.

Küçənin tarixçəsi belədir:

"500-cü ildə doğulan Teodora 3 bacıdan ortancıl olan idi. Hipodromda işləyən atası öləndə anası ailəsinin dolanışığını təmin etmək üçün Pornai küçəsindəki teatrda pantomimlə məşğul olan qrupa daxil olur. 513-cü ildə isə bacısı Komito anasının yerini alır. Teodora isə ona kömək edir, birlikdə tamaşalar göstərirlər. Teodora isə rəqs etməyi sevirdi və bunun üçün yaradıldığına inanırdı. Həmin vaxt Konstantinopolda Krisomoya adı ilə tanınan dövrün məşhur rəqqası və anasının rəfiqəsi olan İndarodan rəqs dərsləri almağa başlayır. 3 il vaxt ötür.

Konstantinopolda eyni küçədə yeni açılan böyük teatrın ulduzu artıq Teodora olur. Göstərdiyi tamaşalar o dərəcədə həyəcan yaradır ki, belə demək mümükünsə, yer yerindən oynayır. Ona baxmaq üçün tamaşaçılar günlər əvvəldən yer tutmağa çalışırlar.

Teodora şoudan sonra yemək üçün həmin dövrdə populyar olan meyxana "Barbario"ya gedir və gecəni seçdiyi gənclərlə keçirirdi.

Günlərin birində isə o hamilə qalır. Gizlicə Selembriaya (Silivri) köçür və orada qız uşağı dünyaya gətirir. Hamilə olduğu zaman tanış olduğu və Liviyadakı Pentapolis əyalətinin valiliyinə təyin olunan Hekabolus adlı komandir uşaq doğulduqdan sonra onunla evlənmək istəyir. Təklifə razılıq verən Teodora qızını anasına verərək komandirlə evlənmək üçün onunla birgə yola düşür. Komandir Pentapolisə çatanda evlənmək fikrindən daşınır, Teodora isə qaçaraq İsgəndəriyyəyə gəlir. Orada bütün həyatına təsir edəcək Makedonia adlı rəqqasə ilə tanış olur.

Fotoda Teodora


Makedonia, əslində, dayısı imperator olan konsul Yustinianın casusudur. Çox istedadlı olan bu rəqqasə rəqsdən sonra yüksək rütbəli şəxslərlə münasibətə girərək, topladığı məlumatları Konstontinopola qayıtdıqda Yustiniana çatdırır.

Teodora Makedonia ilə tanış olduqdan sonra ikisi birlikdə Konstontinopola qayıdır. Daha sonra Makdeonia konsul Yustinianın yanına yollanır. Rəqqasə ona Suriya, Fələstin və Misirdə öyrəndiklərini danışır.

Makedonia danışdıqdan sonra konsulu Pornai küçəsindəki "Coppius" teatrına Teodoranı izlməyə dəvət edir. Makedoniyanın israrı ilə teatra gedən Yustinian adi paltar geyinərək ən ön sırada əyləşir.

Dünya tarixi həmin gecədən sonra dəyişir, Teodoraya da imperatriçalığa gedən yol açılır.

330-1000-ci illər aralığında Hipodromun qərbində yerləşən Pornai küçəsi Konstantinopolun əyləncə mərkəzi idi. Amma adını yüngül həyat tərzi keçirən qadınların fəaliyyət ərazisi olmasından və gizlicə baş tutan pornoqrafik seks tamaşalarından götürmüşdü. Daha dəqiq desək, bugünkü "porno" sözü ovaxtkı Pornai küçəsindən götürülüb və bu sözün mənşəyi Konstantinopol, indiki istanbul şəhəridir.

Hazırda isə bu küçə Asmalı Çeşmə küçəsi adlanır. 1400-cü illərdə tikilən İprahim paşa sarayı küçənin bir hissəsinin bağlanmasına səbəb olub.

Qeyd edək ki, kitab bizans imperatoru I Yustinianın həyat yoldaşı Teodoranın həyatından bəhs edir. Kitabda qeyd edilən məqamlar tarixi söyləntilərə əsaslanır.

Billurə Yunus


 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Fevral 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri