Icma.az
close
up
RU
İstanbulun ən məşhur sarayları

İstanbulun ən məşhur sarayları

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az İstanbulun məşhur sarayları haqqında yazını təqdim edir.

İstanbulu İstanbul edən Boğaz, Qız Qalası, Sultan Əhməd Məscidi, Adalar, qarğalar, balıq-çörək, Kapalıçarşı, küçə pişikləri, Anadolu və Rumeli Kavakları, Qalata, Kadıköy, Üsküdardır… Saymaqla bitməz ki!

Saraylar isə memarlıq baxımından İstanbulun ən möhtəşəm rəmzləridir.

Şübhəsiz ki, İstanbul deyəndə hər kəsin ağlına ilk Topqapı Sarayı gəlir. Bu şəhəri daha da gözəlləşdirən digər saray biz sıralayaq.

Ulduz Sarayı

Beşiktaş məhəlləsində yerləşən Ulduz Sarayı tək bir bina deyil, köşklər, məscid, saat qülləsi, fotoqrafiya atelyesi, çap evi, teatr, muzey, müşahidə evi kimi fərqli tikililəri eyni parkda birləşdirən böyük bir saray kompleksidir.

İçərisindəki ilk əsər Sultan III. Səlim üçün anası Mihrişah Sultan tərəfindən tikdirilmiş köşk olub.

II. Əbdülhəmid dövründə ən möhtəşəm günlərini yaşayan saray kompleksindən günümüzə çatan tikililər arasında üçüncü bağdakı "Yıldız Şale" də var.

Bəylərbəyi Sarayı

19-cu əsrdə Sultan II Əbdüləziz tərəfindən inşa etdirilən Bəylərbəyi Sarayı 3 min m² sahəni əhatə edir.

Bəylərbəyi Sarayının dənizdən quruya doğru pilləli şəkildə yüksələn bir bağı var.

Kiçiksu Sarayı

Kiçiksu Sarayı xarici fasadını bəzəyən detallı qabartmalar bir yana, daxili fasadındakı xalçalardan tablolarına, xalılardan mebellərə, döşəmələrdən tavanlara qədər sənətkar xüsusiyyətlərə malik bir binadır.

Niqos Balyan tərəfindən inşa edilmiş bu tikili zirzəmisi ilə birlikdə üç mərtəbəlidir. Boğaziçi’ndə, "Anadolu Yakası"nda, Üsküdar-Beykoz sahil yolu üzərində yerləşir.

Dolmabağça Sarayı

1843–1856 illəri arasında 110 min m² sahəyə inşa edilmiş, Beşiktaşda sahil ərazisində yerləşən Dolmabağça Sarayı ən möhtəşəm Osmanlı sarayı hesab olunur.

Boğaza baxan fasadının uzunluğu 600 metr olan sarayda 285 otaq, 44 zal, 68 tualet və 6 hamam var.

Daxili və xarici bəzəklərində qərb üslubu üstünlük təşkil edir, ümumi memarlığında isə eklektik yanaşma müşahidə olunur.

Aynalıqavaq Sarayı

18-ci əsr Osmanlı memarlığı ilə seçilən Aynalıkavak Sarayı adını daxili dekorasiyasında istifadə olunan iri güzgülərdən alır.

Məlumata görə, bu güzgülər dövrün padşahı III. Əhmədə Venetsiyalilər tərəfindən hədiyyə edilmişdi.

Bəyoğlu rayonunun Hasköy məhəlləsində yerləşən bina bu gün ziyarətçilərə açıqdır.

Çırağan Sarayı

Ön fasadı 750 metr uzunluqda olan, möhtəşəm pəncərələri, zəngin bəzək detalları ilə Boğazdan keçənlərin diqqətini çəkən Çırağan Sarayı Beşiktaş və Ortaköy arasında yerləşir.

19 - cu əsrdə inşa edilən bina 1910-cu ildə baş verən böyük yanğın nəticəsində uzun illər səssizliyə bürünüb.

Daha sonra geniş təmir işlərindən keçərək 1990-cı illərin əvvəlindən otel kimi fəaliyyətə başlayıb.

İhlamur Sarayı

İhlamur Sarayı deyildikdə ağla gələn ətrafını əhatə edən yaşıl sahə ilə birlikdə ümumi sahəsi 24 724 m² olan ərazidir.

Sultan Əbdül Məcid buraya “Nüzhetiye” adını verib.

Bu söz sevinç, xoşbəxtlik, rahatlıq mənasını daşıyır.

İhlamur Sarayı ərazidə inşa edilmiş iki köşkdən bəzəkləri ilə daha çox diqqət çəkən "Mərasim Sarayı" adlandırılan tikilidir.

Adilə Sultan Sarayı

Sultan Əbdülməcidin 19-cu əsrin ortalarında bacısı Adilə Sultan üçün inşa etdirdiyi saray Üsküdar rayonunda "Kandilli"də boğaz mənzərəsində yerləşir.

Adilə Sultan tərəfindən 1899-cu ildə hədiyyə edilən bu bina bir müddət "Kandilli Qız Liseyi" kimi istifadə olunub.

1986-cı ildə baş vermiş yanğında ciddi zərər görüb, lakin edilən yardımlar sayəsində bərpa edilərək günümüzə çatdırılıb. .

Dünyanın ən qəribə çiçəkləri Sabiq "Rolling Stones" üzvü oğurlanmış gitarasının muzeydə sərgiləndiyini iddia edir İzmir Arxeologiya Muzeyinin eksponatları sərgilənir - 45 ildən sonra
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri