İstanbulun küçələrində aslan peyda olub, heyvanın tutulması üçün tədbirlər görülür
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunun Uskumruköy məhəlləsində aslanın görünməsi barədə məlumat yayıldıqdan sonra başlanan axtarış tədbirləri davam edir. Heyvanın tapılması və sağ tutulması üçün aidiyyəti qurumlar genişmiqyaslı əməliyyat həyata keçirir.
Redaktor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, noyabrın 22-də axşam saatlarında daxil olan məlumat əsasında əraziyə jandarma, Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin, eləcə də Sarıyer Bələdiyyəsinin əməkdaşları cəlb olunublar. Təhlükəsizlik kameralarının görüntülərində aslan olduğu ehtimal edilən heyvanın hərəkəti qeydə alınıb.
Meşəlik ərazidə və ətrafdakı yaşayış sahələrində axtarış işləri gücləndirilib. Əraziyə giriş-çıxış nəzarətə götürülüb, sakinlərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. Əməliyyat zamanı termal kameralı dronlardan da istifadə olunur. Heyvanın zərər verilmədən, sakitləşdirici vasitə ilə tutulması nəzərdə tutulur.
İstanbul Valiliyi aslanın olduğu ehtimal edilən ərazinin müəyyənləşdirildiyini və onun sağ tutulması üçün tədbirlərin davam etdiyini açıqlayıb.
Aslanın İstanbulda necə peyda olması ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 23 Noyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















