İstənilən addımı atacağıq Misir Prezidentindən sərt sözlər
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxışı zamanı bildirib.
"Biz Səudiyyə Ərəbistanını qorumaq üçün istənilən addımı atacağıq. Əgər bizdən bunu xahiş etsələr, müvafiq tədbirlərin təsdiqlənməsi üçün parlamenti növbədənkənar iclasa çağıracağam", – deyə Misir lideri vurğulayıb.
Bununla belə, Sisi Misirin hərbi əməliyyatlarda iştirak etmək niyyətində olmadığını xüsusi qeyd edib.
"Biz müharibə aparmaq və ya kiməsə hücum etmək istəmirik. Biz yalnız Səudiyyə Ərəbistanını müdafiə edəcəyik", – deyə prezident bildirib.
Misir lideri ölkəsinin, Səudiyyə Ərəbistanının və digər Fars körfəzi dövlətlərinin milli təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Qahirə krallığın təhlükəsizliyinə və sərhədlərinə təhdid yaranmasına imkan verməyəcək.
Əs-Sisi, həmçinin Qırmızı dənizdə gəmiçiliyə qarşı təhdidlərə etirazını bildirib və regionda gərginliyin azaldılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, Misir daha əvvəl Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Ər-Riyadın krallığın təhlükəsizliyini təmin etmək istiqamətində gördüyü tədbirləri dəstəklədiyini bəyan edib.
Baxış sayı:166
Bu xəbər 17 Oktyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















