UEFA prezidentindən sərt sözlər Orada vəziyyət biabırçıdır
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
UEFA prezidenti Aleksandr Çeferin İtaliya futbolunun infrastrukturunu sərt tənqid edib.
QOL.az xəbər verir ki, o, bu haqda İtaliyanın "Sportmediaset" saytına müsahibəsində deyib. Çempionlar Liqasının finalına Milandakı "San-Siro" stadionunun namizədliyinin rədd olunmasının səbəbləri haqda danışarkən Çeferin bildirib:
"Mən hesab edirəm ki, İtaliyanın futbol infrastrukturu biabırçı vəziyyətdədir. Siz dünyanın ən böyük futbol ölkələrindən birisiniz. Bir neçə dəfə dünya çempionatını, Avropa çempionatını, Çempionlar Liqasını qazanmısınız. Amma eyni zamanda, böyük ölkələr arasında ən pis infrastruktur sizdədir. Düzünü desəm, İtaliyada infrastrukturla bağlı bu müzakirələrdən bir qədər bezmişəm. Çünki gördüyümüz yalnız sözdür. Ümid edirəm ki, İtaliya nəhayət, hansısa addım atacaq. Klubların hökumətdən, bələdiyyələrdən və həmçinin özəl investorlar tərəfindən dəstəyə ehtiyacı var. Artıq hərəkətə keçməyin vaxtıdır, çünki vəziyyət dəhşətlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 06 May 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















