“İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq” Ukrayna xarici işlər naziri
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Yalnız güc və birlik Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur edəcək, istənilən güzəşt növbəti təcavüzə səbəb olacaq.
"Report"un xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa deyib.
"Rusiyanı sakitləşdirmək üçün heç bir mükafat və ya hədiyyə verilməməlidir. Yalnız güc və birlik Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur edə bilər. İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq. Ona görə də Ukrayna öz prinsipləri və dəyərlərində qərarlıdır", - o sosial şəbəkə hesabında yazıb.
Sıbiqanın sözlərinə görə, Ukrayna Amerika Birləşmiş Ştatları və Avropadan olan tərəfdaşlarla birlikdə BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında ədalətli və davamlı sülhün təmin edilməsinə sadiqdir.
Bundan əvvəl Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya, Polşa liderləri və Avropa Komissiyasının rəhbəri Ukraynaya hərbi, iqtisadi və diplomatik dəstəyi davam etdirməyə hazır olduqlarını bildiriblər.


