Icma.az
close
up
RU
“İstəyirdilər ki, meydana çıxaq, “Şahdağ Qusar” bizə 56 qol vursun” ayrıseçkilik iddiası!

“İstəyirdilər ki, meydana çıxaq, “Şahdağ Qusar” bizə 56 qol vursun” ayrıseçkilik iddiası!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

2-ci liqanın 13-cü turunda keçirilməli olan “Qusar” – “Şahdağ Qusar” matçı nominal ev sahiblərinin meydana çıxmaması üzündən baş tutmadı. Səbəb isə həm gülməli, həm də ağlamalıdı!

“Qusar”ın futbolçularının əksəriyyəti həm də minifutbol çempionatının iddialı iştirakçılarından biri olan “Birbaşa Bakı”nın üzvləridi. Bu kollektiv həmin gün, dəqiq desək, dekabrın 18-də 11-ci tur çərçivəsində “Altay Füzuli”ylə qarşılaşıb (13:2). Futbolçular bu oyunda meydana çıxa bilmək üçün 2-ci liqa matçında iştirak etməkdən boyun qaçırıb ki, nəticədə ortaya acı mənzərə çıxıb. Axı onlar minifutboldan daha çox gəlir əldə edir...
Təbii ki, “Qusar” bu səbəbdən texniki məğlubiyyətlə üzləşəcək. Bəs belə biabırçı durumu necə izah etmək olar? Vəziyyətdən çıxış yolu varmı?
Bu suallarla “Qusar”ın vitse-prezidentdi Kamran Əlibabayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Mövzuyla bağlı qaranlıq məqamlar çoxdu. Bəli, səbəbi düz qeyd etdiz. İş orasındadı ki, 2-ci liqa tam peşəkar deyil. “Birbaşa Bakı” isə peşəkar çempionatda çıxış edir. Üstəlik avrokuboklarda böyük uğurlar qazanır. Bu baxımdan, futbolçuların həmin komandaya üstünlük verməsi anlaşılandı. Bizim vəzifəmiz 2-ci liqanın durumunu düzəltməkdi. Sirr deyil ki, minifutbol istər şərait, istər maddi, istərsə də perspektiv baxımından 2-ci liqanı üstələyir. “Qusar” inkişaf etməyə çalışır. Maddi gücümüz çox zəifdi. 50 min manat pul verilir. Onun da vergisi, cərimələri ödəniləndə geriyə hansısa problemləri aradan qaldırmaq üçün lazım olan məbləğ qalmır. Təsəvvür edin ki, ötən oyunların birində azyaşlılar yağış yağdığına görə yerlərdən birində özünü soyuqdan qoruyub. Bu üzdən “Qusar” cərimələndi. Həmin cəriməni isə kabinetdə, isti otağında əyləşən biri təyin edir. O qədər məsələlər varki, müəyyən güzəştlər edilə bilər. Onsuz da 2-ci liqada çıxış edən klubların maddi gücü çox zəifdi. Bunu guya bilmirlər? İndi biz texniki məğlubiyyət alacağıq. Amma matçdan bir neçə gün əvvəl ardıcıl iki dəfə tarixin dəyişdirilməsiylə bağlı müraciətimiz oldu. Heç birini qəbul etmədilər. Niyə? Çünki “Qusar”a qarşı qərəz var. Çempionatda ayrı-seçkilik edilir. “Şahdağ Qusar” da bizimdi. Onlara əks fikir söyləmək istəmirəm. Doğma klubumuzdu. Amma heç kimin haqqı tapdalanmamalıdı. Kiməsə etiraz da edə bilmirik. Kimə edə bilərik ki? Çoxunun futboldan anlayışı yoxdu. Amma taleyüklü qərarlar verirlər. Onu bilirəm ki, matçın məhz dekabrın 18-nə təyin edilməsində xüsusi maraq var idi. İstəyirdilər ki, meydana çıxaq, “Şahdağ Qusar” bizə 5-6 qol vursun. Beləliklə, derbidə biabır olaq... Hamı yaxşı bilir ki, 2-ci liqada çıxış edən futbolçular başqa yerlərdə çalışır. Həftədə bir-iki dəfə işdən icazə alıb oyuna, məşqə çıxırlar. Futbolçu qıtlığı var. Mən Şahruddin Məhəmmədəliyevi yetişdirib “Sumqayıt”a verən adamam. Bizim biabır olmağımızı istəyənlər kimi yetişdirib? Futbola hansı faydanı veriblər?!”


KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri