İsti havada su əvəzinə süd için
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yay istisində insanlar susuzlaşmanın qarşısını almaq üçün adətən su içirlər. Lakin britaniyalı həkim Natasa Fernando bildirib ki, orqanizmi nəmləndirmək baxımından sudan daha təsirli ola bilən içki də var.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimin sözlərinə görə, süd tərkibindəki şəkər, zülal, yağ və natrium sayəsində mayenin orqanizmdə daha uzun müddət qalmasına kömək edir.
Bu maddələr mədənin boşalma sürətini azaldır və su balansının daha uzun müddət qorunmasını təmin edir. Natasa Fernando qeyd edib ki, soya südü də yaxşı alternativ hesab olunur. Bu içki isti havalarda orqanizmin itirdiyi mayenin bərpası üçün vacib olan elektrolitlərlə zəngindir. Mütəxəssis kokos suyu və xiyar şirəsini də faydalı seçimlər arasında göstərib.
Həkim isti günlərdə su tərkibi yüksək olan meyvə və tərəvəzlərin qəbulunu artırmağı tövsiyə edir. Əksinə, ət məhsulları və karbohidratların miqdarını azaltmaq məsləhət görülür.
Mütəxəssis xatırladıb ki, yay aylarında susuzlaşma əlamətlərinə diqqət yetirmək vacibdir. Güclü susuzluq hissi, sidiyə az getmək, başgicəllənmə və tarazlığın pozulması susuzlaşmanın əsas əlamətləri sayılır. Bundan əlavə, halsızlıq, ağızın, dodaqların və dilin quruması, gözlərin çuxura düşməsi, həmçinin tünd sarı rəngli və kəskin qoxulu sidik də xəbərdaredici siqnallar ola bilər.
Əgər susuzlaşma əlamətləri yaranarsa, həkim maye itkisinin tədricən bərpa edilməsini məsləhət görür. Bunun üçün su və digər mayeləri birdəfəyə çox miqdarda içmək əvəzinə, kiçik qurtumlarla qəbul etmək daha faydalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 İyun 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















