İstidə gündə neçə dondurma yemək olar?
Icma.az, Medicina portalına istinadən məlumat yayır.
Havaların isti keçdiyi günlərdə dondurmaya tələbat artır. Lakin tərkibindəki şəkər və yağ səbəbindən həddindən artıq dondurma istehlakı tövsiyə edilmir.
Medicina.az xəbər verir ki, fransalı dietoloq Raphaël Gruman sağlam böyüklər üçün qaymaq əsaslı dondurmadan bir dəfəyə 2 topdan çox yeməməyi və bunu həftədə 1-2 dəfə ilə məhdudlaşdırmağı məsləhət görür.
Sorbetlər daha az kalorili olsa da, şəkər miqdarı yüksəkdir. Buna görə gündə 2 topdan çox olmamaq şərtilə həftədə 3-4 dəfə qəbul edilə bilər. Su əsaslı dondurmaların isə həftədə 2-3 dəfədən çox yeyilməsi məsləhət görülmür.
Mütəxəssis isti havalarda alternativ olaraq qarpız, yemiş və giləmeyvələri dondurub blenderdən keçirməyi təklif edir. Bu, əlavə şəkər və yağ olmadan sərin desert əldə etməyə imkan verir.
Mütəxəssislər həmçinin xatırladır ki, dondurma susuzluğu aradan qaldırmır. İsti havalarda əsas içki su olmalıdır.
Xanım,
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 Avqust 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















