Icma.az
close
up
RU
İstifadə müddəti bitmiş dərmanları qəbul etmək nə qədər təhlükəlidir?

İstifadə müddəti bitmiş dərmanları qəbul etmək nə qədər təhlükəlidir?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir çox evdə istifadə müddəti bitmiş dərmanlara rast gəlmək mümkündür. Bəs bu dərmanları təsadüfən qəbul etmək insan sağlamlığına necə təsir edir?

Təsəvvür edin ki, səhər yuxudan soyuqdəymə əlamətləri ilə oyanırsınız və yuxulu vəziyyətdə dərmanın istifadə müddətini yoxlamadan onu qəbul edirsiniz. Daha sonra həmin dərmanın istifadə müddətinin keçdiyini anlayırsınız. Bəs belə olan halda nə baş verə bilər?

Qaynarinfo xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyası (FDA) bu mövzuda sadə tövsiyə verib: "Əgər dərmanınızın istifadə müddəti bitibsə, ondan istifadə etməyin".

FDA bildirir ki, istifadə müddəti bitdikdən sonra dərmanın təhlükəsiz və effektiv olacağına heç bir zəmanət yoxdur. Lakin bu, təsadüfən istifadə müddəti keçmiş "parasetamol" qəbul etdiyiniz halda dərhal təşvişə düşməli olduğunuz anlamına gəlmir. Alimlərin fikrincə, istifadə müddəti bitdikdən sonra çox az sayda dərman toksik hala keçir. Dərmanların əksəriyyəti isə kimyəvi tərkibindəki dəyişikliklər səbəbindən zamanla təsir gücünü itirir.

Buna baxmayaraq, ehtimal aşağı olsa da, köhnə dərmanlardan istifadə böyük bir səhv sayılmalı və onların zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.

FDA xəbərdarlıq edir ki, bəzi istifadə müddəti keçmiş dərmanlar bakteriya yaranması riski daşıyır və təsiri azalmış antibiotiklər infeksiyaları müalicə edə bilməyərək daha ciddi xəstəliklərə və antibiotikə qarşı müqavimətə səbəb ola bilər. Antibiotikə qarşı müqavimət isə bakterial infeksiya zamanı dərmanların təsir etməməsi və infeksiyanın bədəni bürüyərək ölümə gətirib çıxarması deməkdir.

Bu cür risklərə ehtiyac yoxdur. Əgər dərmanın istifadə müddəti bitibsə, təlimat vərəqində qeyd olunan qaydalara uyğun şəkildə tullamalısınız. Dərmanları kanalizasiya sisteminə atmaq olmaz. Əgər təsadüfən istifadə müddəti bitmiş dərman qəbul etmisinizsə və hər hansı anormal hal müşahidə edirsinizsə, dərhal həkiminizə müraciət etməyiniz tövsiyə olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:371
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Mart 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri