Icma.az
close
up
RU
İstiləşmə səbəbindən Aralıq dənizi yadplanetlilərlə dolub Qarşısını almaq olmur

İstiləşmə səbəbindən Aralıq dənizi yadplanetlilərlə dolub Qarşısını almaq olmur

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əvvəlki nəsillərin tanıdığı Aralıq dənizi artıq geri dönməz şəkildə dəyişib. 

Qaynarinfo "Associated Press"ə (AP) istinadən xəbər verir ki, alimlər xəbərdarlıq edirlər: əsasən neft, kömür və qazın yandırılması nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən Aralıq dənizinin suyu getdikcə istiləşir. Bu isə yerli faunanı sıxışdıran yüzlərlə yeni invaziv balıq növünün yayılması üçün əlverişli şərait yaradır.

Biomüxtəlifliyin azalması ilə sahilyanı icmalar nəsillər boyu davam etdirdikləri ənənəvi dolanışıq yolları ilə gəlir əldə etməkdə getdikcə daha çox çətinlik çəkəcəklər.

"Babalarımızın, əvvəlki nəsillərin və hətta qədim Yunanıstan dövrünün Aralıq dənizi artıq əbədi olaraq itirilib. Bu dəyişikliklərin çoxu artıq geri dönməzdir", deyə İtaliya Milli Tədqiqat Şurasının Dəniz bioloji resursları və biotexnologiyalar institutunun dəniz bioloqu Ernesto Azzurro bildirib.

Aralıq dənizi istiliyi toplayır

Alimlər Aralıq dənizini dünyanın əsas iqlim dəyişiklikləri "qaynar nöqtələrindən" biri hesab edirlər. Proqnozlara görə, 2100-cü ilə qədər onun suyunun temperaturu 2-6 dərəcə Selsi arta bilər.

"Aralıq dənizində iqlim və ətraf mühit dəyişiklikləri üzrə ekspertlər" müstəqil şəbəkəsinin məlumatına əsasən, dənizdə istilik dalğaları daha tez-tez və daha güclü olacaq.

Avropa-Aralıq dənizi İqlim Dəyişikliyi Mərkəzinin okeanoqrafı Ronan MakAdam izah edib ki, bu istiləşmənin əsas səbəblərindən biri Aralıq dənizinin demək olar ki, qapalı su hövzəsi olmasıdır. Açıq okeandan fərqli olaraq, burada toplanan istilik demək olar ki, yayılmır.

Artan temperatur Aralıq dənizini aqressiv yad növlər üçün ideal mühitə çevirib. Ən təhlükəli növlərdən biri xallı skelenoz balığıdır. Azzurro onu "ən pis işğalçı" adlandırır. Bu balıq olduqca acgöz yırtıcıdır.

İnvaziv növlərin əksəriyyəti Aralıq dənizinə Süveyş kanalı vasitəsilə daxil olub və hazırda qərbə – Fransa və İspaniya istiqamətində yayılır.

FAO-nun Aralıq dənizində Balıqçılıq üzrə Baş Komissiyasının məlumatına görə, yad növlər burada artıq bir neçə onillikdir mövcuddur. Lakin 2000-ci illərin əvvəlindən, su temperaturunun artması ilə paralel olaraq, onların yayılması kəskin sürətlənib.

Məsələn, qanadlı balıq ilk dəfə 2012-ci ildə Aralıq dənizinin şərq hissəsində qeydə alınıb və daha sonra sürətlə qərbə doğru yayılıb.

Azzurronun sözlərinə görə, baş verən dəyişikliklər nəticəsində xüsusilə dənizin şərq hissəsi yerli növlərin yaşaması üçün getdikcə daha az əlverişli olur.

"Aralıq dənizi daha da kasıblaşacaq və daha çox növünü itirəcək. Çünki iqlim dəyişikliyi, xüsusilə şərq hissədə, onu yerli fauna üçün yararsız hala gətirir", deyə alim bildirib.

Kipr ilk nəticələri hiss edib

İnvaziv balıq növlərinin hücumuna ilk məruz qalan ölkələrdən biri Süveyş kanalına yaxın yerləşən Kipr olub.

Burada qanadlı balıqlar ənənəvi ov növlərini, o cümlədən dənizdə yaşayan kefalabənzər balıqları sıxışdırıb. Bu isə balıqçılar üçün ciddi problem yaradıb, çünki alıcıların üstünlük verdiyi yerli balıqların sayı xeyli azalıb.

Digər təhlükəni isə dənizin dibindəki yosunlarla qidalanan dovşan balıqları yaradır. Onlar bir çox yerli orqanizmlərin yaşayış mühitini məhv edir.

"Biz nə etmək lazım olduğunu bilirik – fosil yanacaqlardan istifadəni azaltmaq lazımdır. Bu, bütün bəşəriyyət üçün təcili problemdir və yalnız qlobal səylərlə həll edilə bilər", deyə İtaliya Ətraf Mühitin Mühafizəsi və Araşdırmaları Ali İnstitutunun zooloqu Pyero Cenevezi Papik bildirib.

Azzurronun sözlərinə görə, Aralıq dənizində artıq təxminən 1000 invaziv növ qeydə alınıb və onlardan təxminən 800-ü ekosistemdə tam şəkildə möhkəmlənib.

Şərqi Aralıq dənizinin sahil sularında molyuskların sayı 93 faiz azalıb.

Oxşar dramatik vəziyyət Adriatik dənizində də müşahidə olunur. Venesiyadan Barreyə qədər sahil boyunca midyələr, bəzi yerlərdə su temperaturunun 30 dərəcəni keçməsi səbəbindən, demək olar ki, tamamilə yox olub.

"Bu, əsl kütləvi məhv olma hadisəsi idi. Əgər yeni iqlim şəraitinə uyğunlaşa bilən populyasiyalar tapılmasa, Adriatik dənizində midyələrin gələcəyi çox qaranlıq görünür", deyə Azzurro bildirib.

Bir neçə il əvvəl onun institutu tərəfdaşları ilə birlikdə bəzi təhlükəli invaziv növlər barədə insanları məlumatlandırmaq üçün "Bu dördündən ehtiyatlı olun" adlı maarifləndirmə kampaniyasına başlayıb.

Məsələn, kirpi balığının tərkibində ölümcül zəhər var, qanadlı balığın zəhərli tikanlarının sancması isə insanlarda ciddi xəsarətlər yarada bilər.

Yayılmanın qarşısını almaq artıq mümkün deyil

Alimlər sahilyanı icmaların yeni şəraitə uyğunlaşmasına kömək edəcək üsulları müzakirə edirlər.

Variantlardan biri yeyilə bilən invaziv növlərin sənaye üsulu ilə ovlanmasının inkişaf etdirilməsidir. Digər yanaşma isə balıqçıları skelenoz kimi yeyilməyən növləri tutmağa və onları məhv etməyə təşviq etmək üçün maliyyə dəstəyi verməkdir.

Azzurronun sözlərinə görə, bəzi növlər, xüsusilə qanadlı balıq artıq kommersiya dəyəri qazanıb və bəzi ölkələrdə yüksək qiymətə satılır. Bununla belə, İtaliya balıqçıları sayının sürətlə artdığı digər invaziv növ – tünd sigan balığından hələ də demək olar ki, istifadə etmirlər.

Pyero Cenevezi Papik etiraf edir ki, vəziyyəti tam əvvəlki vəziyyətinə qaytarmaq üçün artıq gecdir, lakin mənfi nəticələri azaltmaq mümkündür.

Onun fikrincə, əsas addımlardan biri gəmilərin ballast sularının emalını tələb edən beynəlxalq konvensiyanın ciddi şəkildə tətbiq edilməsidir. Çünki yad orqanizmlər yeni ərazilərə əsasən bu sular vasitəsilə yayılır.

Alimin sözlərinə görə, bu tədbir yeni invaziv növlərin sayını 95-99 faiz azaltmağa imkan verə bilər.

Digər effektiv tədbir isə gəmilərin gövdələrində xüsusi örtüklərdən istifadə etməkdir. Bu örtüklər dəniz orqanizmlərinin gəminin üzərinə yapışmasının qarşısını alır.

Bundan əlavə, hazırda balıqçılıq siyasətinə yenidən baxılır ki, yerli növlərin sayının bərpasına kömək edilsin. Bunun yollarından biri də invaziv mavi xərçəngin təsirinə daha davamlı molyuskların yetişdirilməsidir.

"Yaxın illərdə əsas vəzifəmiz təbii ekosistemləri bərpa etmək üçün yeni yollar tapmaq olacaq", deyə Papik yekunlaşdırıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2026 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri