Icma.az
close
up
RU
İstilik enerjisi istehsalçısı, paylayıcısı və satıcısının hüquq və vəzifələri müəyyənləşir

İstilik enerjisi istehsalçısı, paylayıcısı və satıcısının hüquq və vəzifələri müəyyənləşir

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstilik enerjisi istehsalçısı istilik təchizatının texnoloji proseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuya yol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb edəcək.
APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, istilik enerjisi istehsalçısının vəzifələri və hüquqları müəyyənləşir.
İstehsalçının aşağıdakı vəzifələri vardır:
- istilik enerjisi istehsalını “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun həyata keçirmək;
- istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;
- bu Qanunda nəzərdə tutulan qaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- balansında olan istilik qurğularının etibarlı və fasiləsiz işini təmin etmək;
- “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunıa müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək.
İstehsalçı aşağıdakı hüquqlara malikdir:
- istehsal etdiyi istilik enerjisini müqavilə əsasında satmaq;
- istilik istehlakı qurğuların, şəbəkələrin və istehlakçıların fəaliyyətində istilik təchizatının texnoloji proseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuya yol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb etmək.
İstehsalçının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.

Layihəyə əsasən, paylayıcının vəzifələri də müəyyənləşir və bunlar aşağıdakılardır:
- şəbəkənin idarə edilməsini, gücləndirilməsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, habelə həmin şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını təmin etmək:
- istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, habelə verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;
- istilik təchizatı subyektlərinin, habelə istehlakçıların tikinti obyektlərinin ayrı-seçkiliyə yol verilmədən şəbəkəyə qoşulmasını təmin etmək;
- şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını həyata keçirmək;
- şəbəkədə uzunmüddətli tələbatın saxlanılması məqsədilə həmin şəbəkəyə texniki qulluğu, o cümlədən onun təmirini və inkişafını təmin etmək;
- şəbəkədə baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;
- Nəzərdə tutulan qaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- bu Qanunla müəyyən edilən hallarda istilik təchizatının dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
- istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektində quraşdırılmış sayğacı (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda satıcının adından istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;
-. istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektində quraşdırılmış sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda 1 (bir)dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 13.5-ci maddəsinin tələblərinə uyğun olaraq);
- istilik qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək.
Paylayıcının hüquqları aşağıdakılardır:
- bu Qanunla müəyyən edilən hallarda istilik təchizatını dayandırmaq;
- şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi ərazidə şəbəkə və ya mövcud şəbəkədə tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və əsaslandırmalar təqdim edilməklə) tikinti obyektinin şəbəkəyə qoşulmasından imtina etmək.
Paylayıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.
Həmçinin layihə ilə istilik enerjisi satıcısının vəzifələri və hüquqları müəyyən edilir.
Satıcının vəzifələri aşağıdakılardır:
- istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;
- alqı-satqı müqaviləsinin şərtlərini rəsmi internet saytında dərc etmək;
- istehlakçılara hüquq və vəzifələrini izah etmək;
- Paylayıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;
- istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq satdığı istilik enerjisini tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək;
-. xidmət göstərdiyi istehlakçının tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq paylayıcı ilə müvafiq müqavilə bağlamaq.
Satıcının hüquqları aşağıdakılardır:
- paylayıcıdan bu sahədə xidmətlərinin göstərilməsini tələb etmək;
- istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan şəbəkə vasitəsilə sayğacın göstəricilərinə uyğun olaraq qəbul edilmiş istilik enerjisinin dəyərinin ödənilməsini tələb etmək;
- istehlakçının paylayıcı tərəfindən istilik enerjisi ilə təmin edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək.
Satıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.

Eyni zamanda istilik təchizatı subyektləri ətraf mühitin mühafizəsi üzrə texniki reqlamentlərə əməl etməklə onların pozulmasına görə məsuliyyət daşıyacaq. Layihəyə əsasən, istilik təchizatı subyektləri ətraf mühitin mühafizəsi üzrə texniki reqlamentlərə əməl etməklə onların pozulmasına görə məsuliyyət daşıyır və ətraf mühitə zərərli təsirin azaldılmasına yönəldilmiş texniki və təşkilati tədbirlər həyata keçirməlidirlər. İstilik enerjisinin istehsalı, paylanması və istehlakı zamanı enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunla tənzimlənir.
İstilik istehsalçısı “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunla müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri