Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

İstilik vurması necə başlayır? İlk əlamətlər və təcili yardım qaydaları

İstilik vurması necə başlayır? İlk əlamətlər və təcili yardım qaydaları

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Yay aylarında havanın həddindən artıq isti keçməsi orqanizm üçün ciddi təhlükə yarada bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bədən temperaturu qısa müddətdə kritik həddə yüksələ və istilik vurması həyati təhlükəyə səbəb ola bilər.

Lent.az xəbər verir ki, belə hallarda düzgün ilk yardım göstərilməsi ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Alına qoyulan soyuq kompres həmişə effektiv olmur

Bir çox insan ilk olaraq yaş dəsmalı alnına qoyur. Lakin mütəxəssislərin sözlərinə görə, bu üsul bədəni sürətlə soyutmaq üçün ən effektiv variant hesab edilmir. Bədən temperaturunu daha tez aşağı salmaq üçün buz və ya soyuq kompres iri qan damarlarının dəriyə daha yaxın yerləşdiyi nahiyələrə tətbiq edilməlidir. Bunlara boyun, qoltuqaltı və qasıq nahiyəsi daxildir. Bu bölgələrdən keçən qanın daha sürətli soyuması ümumi bədən temperaturunun enməsinə kömək edir.

İstilik tükənməsinin ilk əlamətləri

Orqanizmin həddindən artıq qızması adətən susuzlaşma və tərlə birlikdə mineral duzların itirilməsi nəticəsində baş verir. Bu vəziyyət uzun müddət günəş altında qalmaq, ağır fiziki əmək və ya intensiv idman zamanı yarana bilər.

İlk əlamətlər bunlardır:

güclü tərləmə;

soyuq və nəm dəri;

baş ağrısı;

ürəkbulanma;

qarın və ya ayaq əzələlərində qəfil qıcolmalar.

Bu simptomlar yarandıqda dərhal kölgə və ya sərin yerə keçmək, su içmək və bir neçə gün fiziki yüklənmədən uzaq durmaq tövsiyə olunur.

İnsana necə kömək etmək lazımdır?

İstilikdən halı pisləşən şəxs dərhal sərin yerə aparılmalıdır. Onun sıx geyimləri boşaldılmalı, ayaqları bir qədər yuxarı qaldırılmalı və kiçik qurtumlarla su içirilməlidir. Eyni zamanda boyun, qoltuqaltı və qasıq nahiyəsinə soyuq kompres qoymaq faydalıdır.

Mütəxəssislər buzun birbaşa dəriyə qoyulmamasını tövsiyə edirlər. Çünki bu, damarların kəskin daralmasına səbəb ola bilər, nəticədə orqanizm istiliyi daha çətin xaric edər və dəridə soyuq zədələnməsi yarana bilər. Buna görə də buz mütləq parçaya bükülərək istifadə olunmalıdır.

Hansı içkilər faydalıdır?

Belə vəziyyətdə ən uyğun seçim adi su və ya elektrolit tərkibli rehidratasiya məhlullarıdır. Qəhvə və spirtli içkilər isə qətiyyən tövsiyə edilmir. Onlar orqanizmin daha çox maye itirməsinə səbəb olaraq susuzlaşmanı sürətləndirə bilər.

İstilik vurması cəmi 30-60 dəqiqəyə baş verə bilər

Mütəxəssislər bildirirlər ki, istilik vurmasının inkişafı üçün uzun saatlar tələb olunmur. Xüsusilə uşaqlarda, yaşlı insanlarda və xroniki xəstəlikləri olan şəxslərdə bu vəziyyət cəmi 30-60 dəqiqə ərzində yarana bilər. Əgər zərərçəkən huşunu itirirsə, sayıqlayırsa və ya qıcolmalar keçirirsə, dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Həkimlər gələnə qədər isə bədənin soyudulması dayandırılmamalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 İyul 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri