İstintaq orqanlarına lazımi göstərişlər verilib
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
Rusiya Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya müvafiq komissiyanın işinin nəticəsini gözləyir.
Kremlin sözçüsü əlavə edib ki, rusiyalı mütəxəssislər istintaqa köməklik göstərir.
"Prezident Putin və Prezident İlham Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq edilir. Prezident Putin üzr istəyib və təəssüf hissi keçirdiyini bildirib", - deyə Peskov vurğulayıb.
AzNews.az

Acun Ilıcalıya qarşı istintaq
20 Noyabr 2024 16:24
Acun Ilıcalı barəsində İSTİNTAQ
20 Noyabr 2024 15:21
Acun haqqında istintaq başladıldı
20 Noyabr 2024 16:50
Rusiyada istintaq təcridxanalarında məhkumlara uzunmüddətli görüş və zənglərə icazə verilib
20 Dekabr 2024 04:48
Acun Ilıcalı barədə istintaq başladıldı
20 Noyabr 2024 16:12

