İstirahət günlərində milli parkları 3515 nəfər ziyarət edib
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bayram günlərində vətəndaşların istirahətini daha maraqlı və faydalı etmək, ekoloji şüurun artırılmasına dəstək olmaq məqsədilə milli parklarda müxtəlif tədbirlər təşkil olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bizimyol.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Belə ki, Şirvan və Ağgöl Milli Parklarında parkı ziyarət edən turistlər teleskopla quşları müşahidə edib, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindən donmuş şəlaləyə gəzinti təşkil olunub.
Qeyd edək ki, 2024-cü il ərzində ölkənin müxtəlif ərazilərini əhatə edən milli parklarımızı 224638 nəfər turist ziyarət edərək təbiətin bizə bəxş etdiyi gözəlliklərdən zövq alıblar.

İstirahət günlərində milli parklarda hava necə olacaq?
04 Aprel 2025 17:08
İstirahət günlərində milli parklarda hava şəraiti: Gedin, gəzin
14 Mart 2025 15:47
İstirahət günlərində 52 min sərnişin daşınıb
14 Noyabr 2024 14:38
İstirahət günlərində 52 min sərnişin daşınıb RƏSMİ
14 Noyabr 2024 18:37

