Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

İstixana sahibləri təşvişdə: Rusiya bazarını itirə bilərik

İstixana sahibləri təşvişdə: Rusiya bazarını itirə bilərik

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycanda istixanaların sayı azalır. Buna səbəb artan xərclər və xarici bazarda rəqabətin yüksəlməsidir. Yerli sahibkarlar ənənəvi Rusiya bazarında Türkmənistan təhlükəsi ilə üzləşiblər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 224,9 min ton pomidor, 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55,0 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton bibər və sair meyvə və tərəvəz istehsal olunub. Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Binəqədi, Sabunçu, Kürdəmir, Tovuz, Samux və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

Xatırladaq ki, ötən il ölkədə istixanaların sayı 191 ədəd azalıb. 2023-cü ildə ölkədə 3228 vahid istixana fəaliyyət göstərib.

Bu gün Azərbaycanda istixanalar nə dərəcədə rentabellidir? Onların sayının daha da artırılmasına nə mane olur? İstixana işlədənlərin əsas problemləri nədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Rusiya bazarını itirə bilərik

Sabiq millət vəkili Rüfət Quliyev istixana işlədənlərin ən böyük probleminin mavi yanacaqla bağlı olduğu qənaətindədir. Onun sözlərinə görə, bu məsələdə sahibkarlara heç bir güzəşt nəzərdə tutulmayıb: "Əslində istixana işlədənlərə tariflərdə müəyyən güzəşt olmalıdır. Çünki bu, sahibkarlıq fəaliyyətidir, onlar yeni iş yerləri yaradır, məhsul istehsal edir, ölkəyə valyuta gətirir, vergi ödəyirlər. Hazırda bizim üçün əsas bazar Rusiyadır. Rusiya da sanksiya altında olduğundan qiymətlər bahadır. Ona görə hələlik istixana sahibləri bu şərtlər daxilində işləyə bilirlər. Amma fəaliyyətlərini genişləndirə bilmirlər. Məsələn, bu gün Rusiya bazarında Türkmənistandan gələn məhsullar daha rəqabətlidir, satışı yüksəkdir. Çünki bu ölkədə qazın qiyməti çox ucuzdur, istixanalar üçün ümumiyyətlə, ucuzdur. Bu baxımdan, məhsulu aşağı qiymətə təklif etmək onlar üçün problem yaratmır. Bizdə də kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə xüsusi rejim tətbiq olunmalıdır. Tutaq ki, istixanalara mavi yanacaq 50 faiz güzəştlə verilə bilər. Başqa heç bir problem yoxdur. Bu addım atılsa, ölkədə istixanaların sayı sürətlə artacaq".

Yüksək xərc rentabelliliyi aşağı salıb

Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, iş adamı Bəşir Quliyev bildirir ki, hazırda istixanaların rentabellilik səviyyəsi çox aşağıdır. Səbəb isə yüksək xərclərdir: "Əsas ixrac bazarımız Rusiyadır. Həmin bazarda həm daxili istehsalçı ilə, həm də digər xarici istehsalçılarla rəqabət artıb. Məsələn, onların sırasında Türkmənistanı qeyd edə bilərəm. Hazırda Azərbaycan pomidoru ilə Türkmənistan pomidoru ciddi rəqabətdədir".

Assosiasiya sədri hesab edir ki, digər bazarlara çıxış imkanını genişləndirmək üçün həmin bazarlarda tələb yaratmaq lazımdır: "İndi alıcıya bir deyil, on ölkə və yaxud istehsalçı məhsul təklif edir. Ona görə alıcıya seçim etmək rahatdır. Bizim Avropa və digər bazarlara çıxmağımız üçün ilkin mərhələdə qısamüddətli logistika dəstəyi lazımdır. Məsələn, hazırda Polşa bizim məhsulları alır. Almaniyanın bir hissəsi də məhsullarımızı ala bilər. Amma oraya gedib çıxmaq üçün bizə güclü tələb gəlmir. Çünki təklifimiz orada seçilmir. Ölkələrin təklifi ya bizim qiymət səviyyəmizdədir, ya da daha ucuzdur. Məsələn, bizim daşıma xərclərimizlə bağlı hansısa bir qısamüddətli dəstək layihəsi işlənilərsə, o təkan verər ki, məhsullarımız həmin ölkələrə axsın və nəticədə tələb yaransın. Tutaq ki, daşıma xərcində 50 qəpik dəstəyin olması o deməkdir ki, sən bazarda məhsulu 50 qəpik ucuz təklif edirsən. Artıq bu, oradakı alıcılara cəlbedici gəlir. Onlar məhsulu almağa başlayır, alandan sonra öyrəşirlər və tələb yaranır. Bazarı genişləndirməyin yeganə yolu budur".

"Hökumətə təkliflər göndərmişik"

İş adamı onu da qeyd edir ki, Rusiya bazarı Azərbaycan istehsalçıları üçün aktuallığını həmişə saxlayacaq: "Biz bu bazarı əldən buraxıb hansısa bazarlar axtarmamalıyıq. Mövcud bazarı qoruyub paralel olaraq yeni bazarlar axtarmalıyıq. Yaranan hər bir problemə qarşı ünvanlı hərəkət planı tərtib olunmalıdır. Bizim rəqabətə davamlılığımızı artırmaq üçün qısamüddətli dəstək verilməlidir. Tutaq ki, ixrac olunan məhsullara maya dəyərini formalaşdıran ƏDV hissəsi qaytarıla və yaxud ixrac olunan məhsula subsidiya verilə bilər. İndi bazarda Türkmənistan məhsulları ilə bağlı problemi yaranıb. Onu araşdırmaq lazımdır ki, onların maya dəyəri niyə bizdən aşağıdır. Bizdə olan məlumata görə, onlarda qaz istixanalara demək olar ki, pulsuz verilir. İşçi qüvvəsi ucuzdur, vergilərdən də azaddırlar və hansısa digər formalarda dəstəkləri var. Onlarda istixanaların sayının və məhsul istehsalının artması Azərbaycanın bazar payını azaldır. İndi bu vəziyyətdən bütün yerli istehsalçılar narahatdır. Biz mövcud vəziyyətlə bağlı hökumətə təkliflər göndərmişik. Hazırda təkliflərimiz araşdırma mərhələsindədir".

"Bir hektara 1.5 milyon manat vəsait lazımdır"

Aqrar məsələlər üzrə ekspert Mircavid Həsənov hesab edir ki, Azərbaycanda istixanaların sayının artırılması üçün kifayət qədər potensial mövcuddur: "İstixana elə bir kənd təsərrüfatı sahəsidir ki, burada torpaq faktoru rol oynamır. Sadəcə, ərazi lazımdır. Bu gün dünyada müasir istixanalar geniş yayılıb. Onlardan ən geniş yayılmışı hidroponik becərmə sistemləridir. Hidroponik becərilmə üsulunda stellaj tipli əkin aparılaraq istixana ərazisindən daha səmərəli istifadə olunur. Yəni, bu sistemdə münbit torpağa ehtiyac yoxdur, sadəcə sistem günəşin bol olduğu ərazidə qurulmalıdır. Eyni zamanda, ərazini mavi yanacaqla təmin etmək imkanı olmalıdır. Bizdə həm kifayət qədər yanacaq, həm də boş torpaq sahələri mövcuddur. Məsələn, Hacıqabul, Kürdəmir istiqamətində xeyli istifadəyə yararsız şoran torpaqlar var. Əkinə yararsız torpaqlarda bu təsərrüfatları qurmaq mümkündür. Sadəcə, bu istiqamətdə təşviqedici proqramlar olmalıdır ki, fermerlərin marağı artsın. Çünki bu komplekslərin qurulması heç də ucuz başa gəlmir. Müasir istixana sistemini qurmaq üçün 1 hektara təxminən 1-1.5 milyon manat vəsait lazımdır".

Ekspertin sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən istixanaların çoxu kustar üsulla hazırlanıb. Müasir istixana kompleksləri əsasən, Bakı, Sumqayıt, Yevlaxda yerləşir və ümumi istixanaların cəmi 20 faizini təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri