Icma.az
close
up
RU
İsveç cinayətkarlara qarşı mübarizəni gücləndirir

İsveç cinayətkarlara qarşı mübarizəni gücləndirir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 24 aprel, AZƏRTAC

İsveç hökuməti həcmi ekspertlərin qiymətləndirməsinə görə ildə 300 milyard kronu (təxminən 28 milyard dollar) aşan kriminal iqtisadiyyata qarşı mübarizə tədbirlərini gücləndirir. Bu vəsaitin mühüm hissəsi qeyri-qanuni məşğulluqdan və vergi fırıldaqçılığından əldə olunur. Lakin iri məbləğlər həmçinin narkotik ticarəti də daxil olmaqla ağır cinayət fəaliyyətləri ilə də bağlıdır.

Ədliyyə naziri Qunnar Strömmerin sözlərinə görə, hakimiyyət orqanları cinayətkarların pul və əmlakını müsadirə etmək proseslərini genişləndirmək istəyir. Məqsəd cinayət şəbəkələrinin maliyyə mənbələrini sarsıtmaqdır.

AZƏRTAC xəbər verir ki, yeni strategiya çərçivəsində daha səmərəli fəaliyyət göstərmək üçün bir neçə qurumu birləşdirən və cinayət yolu ilə əldə olunan gəlirlərin geri qaytarılması üzrə milli mərkəz yaradılır. Artıq ötən il gücləndirilmiş əməkdaşlıq sayəsində təxminən 800 milyon kronun (75 milyon dollara yaxın) geri qaytarılmasına nail olunub.

Maliyyə naziri Elizabet Svantessonun fikrincə, kriminal mühitdə var-dövlət nümayiş etdirmək mədəniyyəti formalaşıb və avtomobillər, saatlar, nağd pul kimi bahalı aktivlərin müsadirəsi təkcə iqtisadi deyil, həm də simvolik əhəmiyyət kəsb edir.

İki il əvvəl müsadirə ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən bəri dövlət, təxminən 100 milyon kron dəyərində (9 milyon dollara yaxın) əmlak müsadirə edib. Hakimiyyət orqanları daşınmaz əmlakın da müsadirə edilməsi daxil olmaqla tədbirlərin genişləndirilməsi imkanını nəzərdən keçirir.

Hökumət hesab edir ki, cinayətkarların aktivlərinə nəzarətin sərtləşdirilməsi kriminal şəbəkələri zəiflətməyə və cəmiyyətdə ədaləti bərpa etməyə imkan verəcək.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 06:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri