Icma.az
close
up
RU
İsveç Rusiya təhlükəsinə qarşı müdafiəni gücləndirir

İsveç Rusiya təhlükəsinə qarşı müdafiəni gücləndirir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsveç Silahlı Qüvvələrinin qiymətləndirməsinə görə, 2030-cu ilə qədər Rusiyadan gələn hərbi təhdid əhəmiyyətli dərəcədə artacaq.

Bakıvaxtı.az xəbər verir ki, hökumətə təqdim edilən tövsiyələrdə qeyd olunur ki, Ukraynadakı müharibədəki inkişafdan asılı olmayaraq, Rusiyanın İsveçə təsir və ya onu hibrid müharibə və iqtisadi təzyiq vasitəsilə təhdid etmək qabiliyyəti 2030-cu ilə qədər ənənəvi hərbi təhdidlə yanaşı artacaq.

Müdafiə Qərargahının rəisi Karl-Yohan Edstromun fikrincə, Moskva Baltik sərhədləri yaxınlığında quru qüvvələrinin sayını artıra, Arktikada donanmasını gücləndirə və uzaqmənzilli silah sistemlərini inkişaf etdirməyə davam edə bilər. Buna görə də İsveç öz müdafiə imkanlarını genişləndirməlidir.

Silahlı Qüvvələr 2 min kilometrə qədər mənzilli raketlərə investisiyaların artırılmasını, hava hücumundan müdafiənin gücləndirilməsini, dron texnologiyalarının inkişafını və sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə genişləndirilməsini təklif edir. Stokholm həmçinin, Finlandiya və Baltikyanı ölkələrdəki əməliyyatlarda iştirak etmək imkanlarını gücləndirməlidir.

NATO tələb edir ki, İsveç 2030-cu ilə qədər çoxsahəli əməliyyatlar apara bilsin, quru, hava və dəniz qüvvələrinin hərəkətlərini əlaqələndirsin. Buna nail olmaq üçün ölkənin “GlobalEye” təyyarələri və öz peykləri də daxil olmaqla yeni kəşfiyyat sistemlərinə ehtiyacı var.

Karl-Yohan Edstrom vurğulayır ki, İsveç Ural dağlarından Aralıq dənizinin cənubi hissəsinədək aktual kəşfiyyat mənzərəsinə, eləcə də ballistik raketlərə və dronlara qarşı müdafiə oluna bilən çoxqatlı hava və raketdən müdafiə sisteminə sahib olmalıdır.

Ölkənin müdafiə büdcəsinin 2030-cu ilə qədər hazırkı 148 milyard krondan (15,5 milyard dollar) 200 milyard krona (21 milyard dollar) artırılması planlaşdırılır.

AZƏRTAC 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Noyabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri