Icma.az
close
up
RU
İsveç dizaynında daha çox parlaq rənglər wstwnlwk verilir FOTOLAR

İsveç dizaynında daha çox parlaq rənglər wstwnlwk verilir FOTOLAR

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

Səbinə İsgəndərli

Skandinaviya dizaynı hər il yeni rəng kombinasiyaları, faktura və formalarla zənginləşir və bu il də istisna olmayacaq. Bu barədə Stockholmda keçirilən və yeni başa çatan Formex 2025 interyer dizayn sərgisinin təşkilatçıları məlumat veriblər.

Yeni mövsümün əsas trendi pastel rənglər olacaq. Bu rənglər bir-biri ilə və daha parlaq vurğularla harmoniyada işlənə bilər.

Sərgidə çox sayda keramika, tekstil və məişət dizaynına aid atributlar nümayiş etdirilib. Onlar zərif çəhrayı, yaşıl, mavi və sarı çalarlarda təqdim olunub.

Bu rənglər hər interyeri təravətləndirir, xüsusilə də içəridə tünd və iri bir detal olduqda. Məsələn, tünd mavi rəngdə bir mebel və ya dekor elementi. İsveç dizaynerlərinin fikrincə, dərin və zəngin mavi rəng pastel tonlarla mükəmməl uyğunlaşan çalarlardan biridir.


Hər zaman dəbdə qalan təbii taxta mebel və aksesuarlar bu il daha açıq çalarlarda təqdim edilib. Bu, pastel və mavi tonlarla mükəmməl harmoniya yaradır.

Bu canlı rəng palitrasını tarazlaşdırmaq üçün interyerə qara metal detallar əlavə etmək tövsiyə olunur. Eyni zamanda, məkanın daha yüngül və işıqlı görünməsi üçün şüşə və güzgü səthlərdən daha çox istifadə edilməlidir.

2025-ci ilin interyer trendləri qaranlıq teksturaların, təbii materialların, əks etdirici səthlərin və pastel çalarların kombinasiyasına əsaslanacaq.

Dizaynerlər formalar üzrə dairəvi və oval elementlərə üstünlük verirlər, çünki bu cür formalar sakitləşdirici təsir bağışlayır və interyerdəki kontrastları yumşaldır.

Evin daha təhlükəsiz və rahat hiss olunması üçün pastel rənglərdə tekstil məhsulları ilə isti taxta fakturaları birləşdirmək məsləhət görülür.

Davamlı inkişaf və ekoloji dizayn

Formex sərgisi dizaynerləri uzunmüddətli perspektivdə düşünməyə təşviq edən davamlı inkişaf prinsiplərini təşviq etməyə davam edir. Bu məqsədlə üçüncü ildir ki, Formex Sustainability Award (Formex Davamlı İnkişaf Mükafatı) təqdim olunur.

2025-ci ilin qalibi Tvåla & Tvaga şirkəti olub. Onlar ekoloji və funksional tərkibə malik "Skina" adlı təsərrüfat sabunu istehsal ediblər.


Şirkətin direktoru Anna Steneqerd mükafatı alarkən bildirib ki, məqsədləri universal, ekoloji və funksional bir məhsul yaratmaq olub.

Bu sabun həm paltar yumaq, həm qab yumaq, həm də təmizlik üçün istifadə edilə bilər. Əlbəttə ki, əlləri yumaq üçün də idealdır.

Ekoloji yağlardan əl işləri ilə hazırlanan bu sabun, plastik qablaşdırmaya ehtiyac duymadan maye təmizlik vasitələrini əvəz edir və kanalizasiyaya düşdükdə su mühitinə zərər vermir.

IMMA brendi də davamlı inkişaf ideyası ilə çıxış edib. Onların "Café Conversation Piece" adlı sərgi ekspozisiyası İsveçdə müxtəlif yarmarkalardan və köhnə bazarlardan toplanmış tullantı materiallardan ibarət olub.


Tullantılar əslində sadəcə yerini dəyişdirməli olan resurslardır. Zibil yalnız biz onun dəyərsiz olduğunu düşündükdə zibildir. Əks halda o, yeni bir məhsulun istehsalı üçün xammaldır, – deyə IMMA brendinin nümayəndəsi Malin Yensen bildirib.

Sərgidə nümayiş etdirilən xalçalar, tekstil və hətta icarəyə götürülmüş mebellər gələcək yarmarkalarda yenidən istifadə ediləcək.

Gənc dizaynerlər üçün yeni imkanlar

Formex sərgisində ənənəvi olaraq Design Talents (Dizayn İstedadları) müsabiqəsi keçirilir. Bu yarış gənc və tanınmamış dizaynerlərə öz məhsullarını potensial müştərilərə, istehsalçılara və media nümayəndələrinə təqdim etmək imkanı yaradır.

Bu ilin qalibi ev heyvanları üçün interyer məhsulları hazırlayan TAIL Living brendi olub.

Şirkətin təsisçisi Şarlotta Tolsbi həm moda sənayesində alıcı kimi çalışıb, həm də Maine Coon cinsindən olan pişiklər yetişdirib. O, ev heyvanları üçün gözəl və eyni zamanda funksional məhsulların çatışmadığını görərək bu sahədə brend yaratmağa qərar verib.

Şirkət ekoloji təmiz materiallardan istifadə edərək ev heyvanlarının fizioloji xüsusiyyətlərinə uyğun əl işi məhsullar istehsal edir.

Məsələn, Nova Food Bowl adlı pişik yem qabı xüsusi bucaq altında hazırlanıb və pişiyin bığlarına toxunmadan rahat qidalanmasına şərait yaradır.

Bundan əlavə, sərgidə Miniware Nordics brendi də debüt edib. Şirkət ekoloji və funksional uşaq yem qabları istehsal edir.

Şirkətin əsas məqsədi – uşaqların inkişafına dəstək olmaq, onların müstəqilliyini artırmaq və gələcək nəsillər üçün təhlükəsiz ekoloji məhsullar yaratmaqdır.

İstehsalçıların məlumatına görə, bütün məhsullar yüksək keyfiyyətli qida silikonu materialından hazırlanır. Bu silikon yalnız bitki komponentlərindən ibarətdir və heç bir kimyəvi maddə ehtiva etmir, beləliklə tamamilə təhlükəsiz və toksik deyil.

Əlavə olaraq, Avropanın qabaqcıl texnologiyaları sayəsində bu məhsullar uzunömürlü və istiliyə davamlıdır. Bu, onları taxta və ya keramika kimi digər təbii materiallardan fərqləndirir.

Formex sərgisinin əsas dizayn konsepsiyası

Stockholmsmässan sərgi məkanının girişində ənənəvi olaraq xüsusi bir ekspozisiya qurulur.

Bu ekspozisiyanı hər dəfə bir dizayner hazırlayır və sərgidə iştirak edən istehsalçılar arasından müəyyən konsepsiyaya uyğun məhsulları seçir.

Yanvar 2025-də bu vəzifəni rəqəmsal məzmun yaradıcısı Krickelin – Kristin Laqerkvist yerinə yetirib.

O, sərginin giriş meydançasını "yaradıcılıq evi" konsepsiyası ilə bəzəyib. Burada sənətkarlıq, əl işləri və incəsənət əsas diqqət mərkəzində olub.

Təbii çalarlar, torpaq tonları, vintaj əşyalar və antik mebellər sərginin keçmiş dövrlərin ruhunu əks etdirməsinə imkan yaradıb.

Sərgi zamanı fayenin içərisində sənətkarlar və tətbiqi incəsənət ustaları canlı performanslar keçirib. Burada rəssamlar rəsmlər çəkib, dekorativ əşyalar düzəldib, gobelenlər və panolar toxuyublar.

Bu yaradıcı mühit sərginin ziyarətçiləri üçün ilhamverici bir platformaya çevrilib.


www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://anews.az
archiveBu xəbər 27 Yanvar 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see366

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see195

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri