Icma.az
close
up
RU
İsveç insan ömrünün uzunluğuna görə liderliyini itirir

İsveç insan ömrünün uzunluğuna görə liderliyini itirir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 3 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Hələ 1970-ci illərin əvvəllərində İsveç orta ömür uzunluğuna görə dünyada birinci yer tutub.

AZƏRTAC xəbər verir ki, ölkə hazırda İtaliya, İspaniya və Yaponiyadan geridə qalaraq, onuncu yerə düşüb.

Karolina İnstitutunun dosenti Karin Modiqin sözlərinə görə, İsveç körpə ölüm hallarının azalmasına erkən nail olub və uzun müddət öz üstünlüyünü qoruyub saxlayıb. Bu gün uşaqlar arasında ölüm halı dünyada ən aşağı göstəricilərdən biri olaraq qalır (0,2 faiz), buna görə də geriləmənin səbəbi böyüklərdən ibarət olan yaş qruplarındadır.

İsveçdə 85 yaşdan yuxarı insanların ölüm riskinin bir çox digər ölkələrlə müqayisədə daha yüksək olması xüsusilə nəzərə çarpır. İlkin araşdırmalar göstərir ki, ən həssas yaşlılar - daha çox qayğıya ehtiyacı olanlar - Yaponiya və Cənubi Avropada daha çox yaşayırlar.

“Biz bilirik ki, Yaponiya və İsveçdə yaşlılara qayğı və həyatı təmin edən tədbirlərə münasibətdə mədəni fərqlər var. Məsələn, İsveçdə bir yaşlı insan artıq yemək yemirsə, biz, bir qayda olaraq, ona zond qoymuruq, biz onun seçiminə hörmətlə yanaşırıq”, - deyə K.Modiq izah edir.

Mümkün izahatlar arasında isveçli qadınlar arasında siqaret çəkməyin daha erkən yayılması, daha ağır “ikiqat iş və ailə yükü”, eləcə də pəhrizdəki fərqlər yer alır.

Ekspertlər bir fikirdə bir araya gəlirlər ki, əgər İsveç ömür uzunluğu ən yüksək olan ölkələr sırasında yenidən daxil olmaq istəyirsə, o, öz yaşlı insanların sağlamlığına və qayğısına diqqət yetirməlidir. Gənclər arasında ölüm halları o qədər aşağıdır ki, təkmilləşdirməyə demək olar ki, artıq ehtiyac yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri