İsveç nüvə silahı hazırlamağı müzakirə EDİR
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsveçdə nüvə silahı yaratmaq məsələsi yenidən gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Xəbərə görə, yerli KİV-də dərc olunan bir neçə materialdan sonra ölkədə təkbaşına və ya NATO müttəfiqləri ilə birgə nüvə proqramına başlamaq barədə müzakirələr alovlanıb.
Məlumatda bildirilir ki, bu fikir hələ praktiki həyata keçirilməyib, yalnız siyasi müstəvidə müzakirələrə çıxarılıb. Hökumət səviyyəsində və ya rəsmi proqram formasında qərar qəbul edildiyinə dair hələ heç bir təsdiq yoxdur.
Ekspertlər isə İsveçin müstəqil şəkildə nüvə silahı hazırlamaq üçün kifayət qədər texnoloji və resurs bazasına malik olub-olmadığı barədə şübhə bildirirlər. Mənbə qeyd edir ki, belə bir təşəbbüs həm vaxt, həm maliyyə, həm də ixtisaslı heyət tələb edir və bunun reallaşması çətin görünür.
Məsələ ilə bağlı əlavə inkişaflar olduqda rəsmi açıqlamalar və müstəqil ekspert rəyləri izləniləcək.
Aytəkin TOFİQQIZI


