Icma.az
close
up
RU
İsveç öz ərazisində Ukraynanın silah müəssisələrini yerləşdirə bilər

İsveç öz ərazisində Ukraynanın silah müəssisələrini yerləşdirə bilər

Azertag saytına istinadən Icma.az xəbər verir.

Stokholm, 7 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

Kiyev ilə Kopenhagen arasında Ukraynanın müdafiə istehsalının Danimarka ərazisində yerləşdirilməsi ilə bağlı tarixi saziş imzalandıqdan sonra İsveçin müdafiə naziri Pol Yonson Stokholmun da bu əməkdaşlıq formatına açıq olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Danimarka ilə bağlanmış müqaviləyə əsasən, silahların istehsalı üçün Ukrayna texnologiyalarından istifadə olunacaq və bu silahlar daha sonra Ukrayna ordusuna göndəriləcək. Bu, Ukraynanın iştirak etdiyi ilk analoji beynəlxalq müqavilədir.

Ukraynanın müdafiə sənayesi Rusiyanın zərbələri nəticəsində ciddi zərərə görüb və ona görə də Kiyev xaricdə hasilatı genişləndirməyə çalışır. Ukraynalı mütəxəssislərin başqa ölkələrdə, o cümlədən Danimarkada işləməsi, onlara texnologiya və təcrübənin ötürülməsi gözlənilir.

Ekspertlər vurğulayırlar ki, istehsal yerinin köçürülməsi həm Ukraynanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə, həm də beynəlxalq əlaqələrin inkişafına kömək edəcək. Əməkdaşlıq həm adi döyüş sursatlarının, həm də pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə üzrə qabaqcıl sistemlərin istehsalını artırmağa imkan verəcək. İsveçin müdafiə naziri Ukrayna ilə davam edən danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib, amma yazılı şərhində əməkdaşlığın genişləndirilməsi üçün bir çox ideyaların müzakirə olunduğunu bildirib. O əlavə edib ki, hökumət Ukrayna ilə müdafiə sənayesi tərəfdaşlığını dərinləşdirməkdə maraqlıdır. Nazir İsveç şirkətlərini Ukrayna bazarında işləməyə çağırıb.

Hərbi ekspertlərin fikrincə, Amerikanın dəstəyi ilə bağlı qeyri-müəyyənlik fonunda Avropa yardımı getdikcə daha çox əhəmiyyət kəsb edir. Gözlənilir ki, Ukrayna tezliklə təkcə öz ərazisində deyil, həm də müttəfiq ölkələrdə silah istehsalına başlayacaq. Bu, təkcə strateji addım deyil, həm də Ukrayna müdafiə sənayesinin yüksək potensialına işarədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri