Icma.az
close
up
RU
İsveç pəncərələri Ukraynada ikinci həyat qazanır

İsveç pəncərələri Ukraynada ikinci həyat qazanır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 8 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə tikinti materiallarından təkrar istifadə hərəkatı geniş vüsət alır. “Demontera” şirkəti yeni xidmət işləyib hazırlayıb ki, onun vasitəsilə istifadə olunmuş pəncərələr, qapılar və İsveç standartlarına uyğun gəlməyən digər materiallar Ukraynada dağıdılmış mənzillərin bərpası üçün göndərilir.

AZƏRTAC xəbər verir ki, layihənin başlanmasından indiyədək Xarkova iki böyük tədarük həyata keçirilib – ümumilikdə təqribən 2200 pəncərə və 100 qapı “NCC” və “Fabege” şirkətləri tərəfindən təqdim edilib. Materiallar humanitar yardım kimi təsnif edilir, ona görə də Avropa İttifaqı nəqliyyat xərclərini qarşılayır.

“Food for Kharkiv” təşkilat yerli tərəfdaşdır, alınan materialları quraşdırmağa kömək edir. Layihə meneceri Klas Esterberqin sözlərinə görə, pəncərələr tez quraşdırılıb və yerli sakinlər tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Layihəyə maraq artır və qarşıdakı aylarda faner panelləri və digər tələb olunan komponentlər də daxil olmaqla, Malmödən yeni partiyaların tədarükü planlaşdırılır. Gələcəkdə santexnika, işıqlandırma və mətbəx dəstləri də Ukraynaya göndəriləcək.

“Demontera”nın baş direktoru Tomas Edselius qeyd edir ki, iqtisadi şəraitin yaxşılaşdırılması sayəsində şirkət bu il dövriyyəsini iki dəfə artırmağı gözləyir.

“Demontera”da hazırda 35 nəfər işləyir, şirkət tikinti materiallarının təkrar emalı və təkrar istifadəsi ilə məşğul olan üç mərkəzi idarə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri