İsveçdə canavarları güllələməyi ləğv etmək tələb olunur
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Stokholm, 19 noyabr, AZƏRTAC
İsveç Təbiəti Mühafizə Cəmiyyəti 2027-ci ildə lisenziyalı canavar ovu keçirmək qərarına qarşı apelyasiya şikayəti verib. Bu ov zamanı ölkə daxilindəki beş qraflıqda 72 canavarı öldürmək planlaşdırılır. Bu, İsveç tarixində ikinci ən böyük canavar ovu olacaq.
AZƏRTAC xəbər verir ki, təşkilatın rəhbərliyi regional hakimiyyət orqanlarının ovu inandırıcı şəkildə əsaslandıra bilmədiyini və canavar populyasiyasının sağ qalmasına təhlükə yaranmayacağını sübut edə bilmədiyini bildirib. Onlar iddia edirlər ki, ov ölkədə canavarların 20 faizindən çoxunu öldürə bilər.
“Canavarlar İsveç təbiətinin ayrılmaz hissəsidir. Biz onların populyasiyasını qorumaqdan məsuluq”, - deyə İsveç Təbiəti Mühafizə Cəmiyyəti vurğulayır. Lakin regional hakimiyyət orqanları planlaşdırılan ovun populyasiyanın azalmasına səbəb olmayacağını iddia edirlər.
Cəmiyyət, həmçinin İsveçdə canavarlar arasında yaxın qohumluq cütləşməsi səviyyəsinin əvvəllər düşünüləndən daha yüksək olduğunu aşkar edən yeni bir elmi araşdırmaya istinad edir. Ekoloqlar hesab edirlər ki, bu, populyasiyanın həssaslığını və ova daha ehtiyatlı yanaşmanın zəruriliyini göstərir.
Təşkilat hökuməti xüsusi qoruyucu çəpərlər quraşdırmaqla mal-qaraya canavar hücumlarının qarşısını almağa daha çox diqqət yetirməyə çağırır.
Xatırladaq ki, 2026-cı il üçün planlaşdırılan lisenziyalı canavar ovu Təbiəti Qoruma Cəmiyyətinin oxşar şikayətindən sonra inzibati məhkəmə tərəfindən dayandırılmışdı.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Baxış sayı:60
Bu xəbər 19 Noyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















