Icma.az
close
up
RU
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb Siyahı

İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb Siyahı

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına 3 milyard 222,5 milyon dollar birbaşa xarici investisiya cəlb olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon dollar və ya 8,2% artım deməkdir.
Əsas investisiya mənbələri sırasında Birləşmiş Krallıq lider olsa da, onun payı ötən ilki 29,7%-dən 25%-ə enib. Türkiyədən cəlb olunan investisiyaların məbləği artaraq 628,7 milyon dollara çatıb və ümumi sərmayələrin 19,5%-ni təşkil edib. Kiprdən yatırılan vəsait 353,4 milyon dollar olub (11%).
Əhəmiyyətli artım İsveçrə və Fransadan gələn investisiyalarda qeydə alınıb. 2024-cü ilin ilk yarısında İsveçrə Azərbaycan iqtisadiyyatına 24,4 milyon dollar investisiya yatırdığı halda, 2025-ci ilin müvafiq dövründə bu göstərici 9,3 dəfə artaraq 226,6 milyon dollara yüksəlib. Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya isə son bir ildə 8,6 dəfə artaraq 60,5 milyon dollara çatıb.
Bundan başqa, Macarıstan (166,2 milyon dollar), Rusiya (129,7 milyon dollar) və Gürcüstandan (69,1 milyon dollar) gələn sərmayələrdə də artım müşahidə olunub.
Əvəzində, Birləşmiş Ərəb Əmirliklərindən yatırımlar 236,5 milyon dollardan 175,6 milyon dollara, İrandan isə 184 milyon dollardan 176 milyon dollara düşüb.
Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran ölkələrin siyahısı aşağıdakı kimi olub:
Birləşmiş Krallıq – 25% (806,3 milyon dollar);
Türkiyə – 19,5% (628,7 milyon dollar);
Kipr – 11% (353,4 milyon dollar);
İsveçrə – 7% (226,6 milyon dollar);
İran İslam Respublikası – 5,5% (176 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 5,4% (175,6 milyon dollar);
Macarıstan – 5,2% (166,2 milyon dollar);
Rusiya Federasiyası – 4% (129,7 milyon dollar);
Yaponiya – 3,4% (108 milyon dollar);
Amerika Birləşmiş Ştatları – 2,8% (89,5 milyon dollar);
Gürcüstan – 2,1% (69,1 milyon dollar);
Fransa – 1,9% (60,5 milyon dollar);
İsveç – 0,8% (26,5 milyon dollar);
Hindistan – 0,8% (24,3 milyon dollar);
Finlandiya – 0,7% (21,4 milyon dollar);
Niderland – 0,6% (19,8 milyon dollar);
Almaniya – 0,5% (17 milyon dollar);
Çin – 0,4% (13,6 milyon dollar);
Avstriya – 0,4% (13,2 milyon dollar);
Qazaxıstan – 0,4% (12,8 milyon dollar);
Qırğızıstan – 0,2% (7,7 milyon dollar);
Latviya – 0,2% (6,7 milyon dollar);
İtaliya – 0,1% (4,8 milyon dollar);
Lüksemburq – 0,1% (4,3 milyon dollar);
Asiya İnkişaf Bankı – 0,1% (3,4 milyon dollar);
Beynəlxalq Maliyyə Korporasiyası – 0,1% (2,9 milyon dollar);
Oman – 0,1% (2,5 milyon dollar);
Belarus – 0,1% (2,4 milyon dollar);
Qətər – 0,1% (2,2 milyon dollar);
Digər dövlətlər – 1,5% (47,4 milyon dollar).
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri