İsveçrə və İsveç Bakıdakı U 15 dünya çempionatında iştirak etməyəcək
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçrə və İsveç yığmaları Bakıda keçiriləcək U-15 dünya çempionatında iştirak etməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, İsveçrə Futbol Assosiasiyasının mətbuat katibi Serjio Affuso və İsveç gənclər futbol yığmalarının rəhbəri Tomas Tureson qərarlarının səbəblərini açıqlayıblar.
Serjio Affuso bildirib ki, İsveçrə Futbol Assosiasiyası FIFA-dan dəvəti iyunun 25-də alıb, iyulun 9-da isə idman və texniki səbəblərə görə turnirdə iştirakdan imtina edib.
Onun sözlərinə görə, hazırda İsveçrədə U-15 yaş qrupunda istedadlı futbolçuların müəyyənləşdirilməsi prosesi aparılır. Dekabr ayına qədər işlər üç regionlararası təlim mərkəzində davam edəcək. Ayın ortalarında keçiriləcək turnirdən sonra hər birində 30 oyunçu olmaqla iki qrup yaradılacaq. Futbolçular fiziki inkişaf templərinə görə qruplaşdırılacaqlar.
İsveç gənclər futbol yığmalarının rəhbəri Tomas Tureson isə açıqlamasında ölkəsinin bu yaş kateqoriyasında milli komandasının olmadığını bildirib.
"İsveçdə U-15 kateqoriyasında milli komanda yoxdur. Bizim gənclərdən ibarət milli komanda proqramımız 16 yaşdan başlayır. Buna görə də turnirdə U-15 komandası ilə iştirak etməyəcəyik", - deyə o qeyd edib.
Qeyd edək ki, FIFA-nın təşkilatçılığı ilə keçiriləcək U-15 dünya çempionatı oktyabrın 22-dən 31-dək Bakıda baş tutacaq. Yarış FIFA-ya üzv olan bütün milli assosiasiyalar üçün açıqdır.
Baxış sayı:165
Bu xəbər 23 Oktyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















