Icma.az
close
up
RU
İsveçrəli Sandro Şerer “Qarabağ”ı yaxından tanıyan referidir in İCMALI

İsveçrəli Sandro Şerer “Qarabağ”ı yaxından tanıyan referidir in İCMALI

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”la Almaniyanın “Ayntraxt” klubu arasında futbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alan isveçrəli hakim Sandro Şerer Ağdam təmsilçisini çox yaxşı tanıyır.

İdman.Biz-in məlumatına görə, 2015-ci ildən FIFA referisi olan təcrübəli isveçrəli hakim Qurban Qurbanovun komandasının iştirakı ilə oyunu artıq dördüncü dəfə idarə edəcək. Doğrudur, əvvəlki üç halda Şerer “Qarabağ”ın səfər matçlarında baş hakim kimi çalışıb.

Belə ki, o, 8 noyabr 2018-ci ildə keçirilmiş UEFA Avropa Liqasının 2018/19 mövsümünün qrup mərhələsində “Vorskla” (Ukrayna) – “Qarabağ” (0:1) matçının baş hakimi olub. Bundan başqa, UEFA Avropa Liqasının 2019/20 mövsümünün seçmə mərhələsinin pley-offunda 22 avqust 2019-cu ildə baş tutmuş “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (3:2) qarşılaşmasını da o idarə edib.

Sandro Şerer həmçinin 5 noyabr 2020-ci ildə keçirilmiş UEFA Avropa Liqasının 2020/21 mövsümünün qrup mərhələsində “Sivasspor” (Türkiyə) – “Qarabağ” (2:0) oyununun baş hakimi olub. Bununla yanaşı, isveçrəli referi “Ayntraxt”ın iştirakı ilə keçirilən heç bir matçı baş hakim qismində idarə etməyib.

“Qarabağ”ın oyunları ilə yanaşı, Sandro Şerer beynəlxalq arenada Azərbaycan komandalarının iştirakı ilə keçirilən digər qarşılaşmalarda da hakimlik edib. O cümlədən, 9 sentyabr 2019-cu ildə Bakıda baş tutmuş Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya milliləri arasında keçirilən (1:1) matçın baş hakimi olub.

Xatırladaq ki, “Qarabağ” - “Ayntraxt” matçı çərşənbə günü, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Teymur Tuşiyev

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri