Icma.az
close
up
RU
Qarabağ ı uduzdurmağa çalışan Sandro Şerer kimdir?

Qarabağ ı uduzdurmağa çalışan Sandro Şerer kimdir?

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Ayntraxt”a qarşı keçirdiyi matçın hakimi Sandro Şerer oyun vaxtı bir neçə mübahisəli qərarı ilə yadda qaldı. "Qarabağ"ın oyunçularına qarşı açıq kobudluğa göz yuman hakim bir neçə epizodda penal zərbəsi təyin etmədi və qaydaları pozmadığı halda bəzi hallarda qonaqların xeyrinə qərarlar çıxarıb. Amma onun səylərinə baxmayaraq Ağdam təmsilçisi əzmkarlıq nümayiş etdirərək son dəqiqə qolu ilə rəqibini 3:2 hesabı ilə məğlub etdi.

Hakim qərəzinə hətta ölkə başçısı da diqqət yönəldib.

"Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar", - deyə ölkə başçısı təbrik paylaşımında vurğulamışdı.

Turkustan.az xəbər verir ki, oyunun hakimi Sandro Şerer qalmaqallı reputasiyaya malikdir. 1988-ci il iyunun 6-da İsveçrənin Byutikkon kommunasında anadan olan Şerer 2011-ci ildən hakimlik edir. O 2024-cü ildə Futbol üzrə Avropa Çempionatında matç idarə edən 19 hakimdən biri olub. Bundan başqa, 2025-ci ilin iyununda Millətlər Liqasının finalını - İspaniya - Portuqaliya matçını idarə edib.

O bundan əvvəl də bir neçə matçda yanlış qərarları ilə gündəmə gəlib.


Belə ki, 2024-cü il oktybarın 1-də UEFA Çempionlar Liqasının Liqasının “Milan” – “Bayer Leverkuzen” Şererin idarəçiliyi fonunda qalmaqallarla yadda qalıb.

“San Siro”da keçirilən “Milan” – “Bayer Leverkuzen” qarşılaşmasında İtaliya klubunun xeyrinə bir neçə açıq epizodda qərar verilməməsi həm futbolçuların, həm də azarkeşlərin kəskin etirazına səbəb olub. Oyunun son dəqiqələrində Leverkuzen müdafiəçisi Piero Hinkapinin Ruben Loftus-Çikin ayağına açıq şəkildə basmasına baxmayaraq, Sandro Şerer nə qayda pozuntusu təyin edib, nə də VAR müdaxilə edib. Halbuki təkrar görüntülərdə epizodun aydın şəkildə göründüyü bildirilir.


Bundan əlavə, Temmi Abrahamın cərimə meydançası daxilində Tapsoba tərəfindən yerə yıxıldığı epizodda penalti təyin olunmaması da mübahisə doğurub. Təkrar görüntülər Leverkuzen futbolçusunun topa toxunmadığını göstərsə də, meydandakı “penalti yoxdur” qərarı dəyişdirilməyib. Alvaro Morata və Teo Ernandeslə bağlı epizodlarda da “Milan”ın xeyrinə ciddi qərarların verilməməsi İtaliya klubunun narazılığını daha da artırıb.


Oxşar vəziyyət Çempionlar Liqasının 1/8 final mərhələsində 2025-ci il martın 12-də keçirilən “Lill” – “Borussiya Dortmund” oyununda da yaşanıb. Matçın 52-ci dəqiqəsində Dortmund hücumçusu Seru Girassinin cərimə meydançasında yıxıldığı epizodda Sandro Şerer tərəddüd etmədən penalti qərarı verib. VAR sistemi bu qərara müdaxilə etməyib. Lakin televiziya təkrarlarında “Lill”in müdafiəçisi, Dortmundun sabiq futbolçusu Tomas Mönyenin açıq qayda pozuntusu etdiyi tam aydın görünməyib.


“Blue Sport” telekanalının hakimlər üzrə eksperti Paskal Erlaxner də bu epizodla bağlı penalti qərarı ilə razılaşmadığını açıqlayıb. Penalti zərbəsini Emre Can dəqiq yerinə yetirib və bundan sonra Dortmund oyunda üstünlüyü ələ alıb. Qarşılaşma Maksimilian Bayerin qolu ilə 2:1 hesabı ilə başa çatıb və Almaniya klubu 1/4 finala yüksəlib./modern.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri