Icma.az
close
up
RU
ISW Kremlin planları barədə xəbərdarlıq edib: Rusiya bütün Ukrayna xalqını əsarət altına almağa çalışır

ISW Kremlin planları barədə xəbərdarlıq edib: Rusiya bütün Ukrayna xalqını əsarət altına almağa çalışır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 1 iyul, AZƏRTAC

Rusiya Federasiyasının Krım və işğal olunmuş dörd bölgədən savayı Ukraynada daha böyük ərazi ambisiyaları var.

AZƏRTAC xəbər verir ki, bu barədə “RBC-Ukraine” ISW (Müharibələrin Tədqiqi İnstitutu) agentliyinə istinadla məlumat yayıb.

ISW analitikləri hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı təcavüzə haqq qazandırmaq üçün “Donbass”, “Novorossiya” və “vahid bir xalq” haqqında nağıllardan istifadə edirlər. Bu, Rusiyanın Ukraynada daha böyük ərazi ambisiyalarının olduğunu göstərir.

ISW qeyd edib ki, Putin bu yaxınlarda Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin sosial-iqtisadi inkişafı ilə bağlı müşavirə keçirib və həmin iclasda Ukraynanı tez-tez “Donbas və Novorossiya” adlandırıb. “Kremlin sözçüsü Dmitri Peskov iyunun 30-da Odessa meri Gennadi Truxanovun Odessanın “Rusiya” şəhəri olmadığı və öz tarixinin olması ilə bağlı bəyanatına cavab verib. O, Odessanın tarixinin Rusiya ilə “qırılmaz şəkildə bağlı” olduğunu iddia edib”, - deyə məqalədə vurğulanır.

Müəlliflər xatırladırlar ki, Putinin köməkçisi Vladimir Medinski ukraynalıların və rusların tarixi vətənə malik olan “vahid xalq” olduğunu bildirib və bu zaman “Dnepr, Novorossiya və Krımın hər iki tərəfində qədim rus torpaqlarının” mövcudluğuna istinad edib.

ISW qeyd edib: “Putin, Peskov və Medinskinin iyunun 30-da verdikləri sonuncu bəyanatlar yüksəksəviyyəli Kreml rəsmilərinin Rusiyanın ərazi ambisiyalarının miqyasına işarə edir. Putin iyunun 20-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya və Ukrayna xalqlarını "reallıqda bir xalq" hesab etdiyini bir daha təkrarladı”.

Analitiklər vurğulayırlar ki, Kremlin digər rəsmiləri də Ukraynanı Rusiyadan ayrı, öz tarixi, kimliyi və mədəniyyətinə malik müstəqil dövlət hesab etmədiklərini ardıcıl olaraq bəyan ediblər.

ISW təhlilin yekununda yazıb: “Rusiya rəsmilərinin bu rəvayətlərə davamlı sadiqliyi Kremlin Ukrayna dövlətini məhv etmək və bütün ukraynalıları əsarət altına almaq kimi ardıcıl məqsədini nümayiş etdirir”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl Rusiyanın Odessanı ələ keçirməyi planlaşdırdığı barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, Moskva bununla da Moldova və Rumıniya sərhədinə çıxmaq niyyətindədir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri