İtaliya Azərbaycana görə AB yə qarşı çıxdı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AB-nin Rusiya neft ticarətində iştirak edən xarici limanları və bankları cəzalandırmaq cəhdi müqavimətlə üzləşir, bu da Birliyin sonuncu, 20-ci sanksiya paketini zəiflədə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
“Bəzi ölkələr Gürcüstan və İndoneziyadakı limanlara qarşı tədbir görmək təkliflərinə ehtiyatla yanaşır. Xüsusilə, İtaliya və Macarıstan Gürcüstandakı “Kulevi” limanı, Yunanıstan və Malta isə İndoneziyada yerləşən limanın fəaliyyəti ilə bağlı narahatlıqlarını bildirib. Bundan əlavə, İtaliya və İspaniya Kubada banka qarşı təklif olunan tədbirlərlə razılaşmayıb. Artan müqavimət AB-nin son sanksiya paketini zəiflədə bilər. Romanın Gürcüstandakı limana qarşı sanksiyalar tətbiq etməkdən çəkinməsi Azərbaycandan gələn qazın da bu liman vasitəsilə çatdırılması ilə əlaqələndirilir”, - məlumatda deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 Fevral 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















