Icma.az
close
up
RU
İtaliya həvəskarları ölkənin ən gözəl şəhərlərindən birini açıqladılar

İtaliya həvəskarları ölkənin ən gözəl şəhərlərindən birini açıqladılar

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Panikale – İtaliyanın mərkəzində, Peruciyanın qərbindəki təpələrdə yerləşən orta əsr qəsəbəsidir və qısa istirahət üçün mükəmməl məkandır. Kiçik olsa da, burada həm mədəniyyət, həm də təbiətlə iç-içə sakitlik tapmaq mümkündür.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, burada yerləşən Rastrello adlı butik otel 2020-ci ildə XIV əsrə aid binada açılıb və Trazimeno gölünə mənzərə təqdim edir.

Otelin açıq restoranı “Cucina & Giardino” konsepti ilə “tarladan masaya” xidmət göstərir və 2025-ci ildə kiçik bir hovuz da əlavə olunub. Otaqlar yerli zeytun növlərinin adlarını daşıyır və antik bazarlardan alınan mebellərlə təchiz olunub.

Pəncərələrdən və bəzi eyvanlardan Trazimeno gölünə doğru uzanan zeytunlu təpələr görünür. Maraqlıdır ki, bu zeytun ağacları bölgədə Birinci Dünya Müharibəsində həyatını itirən uşaqların xatirəsinə yerli ailələr tərəfindən əkilib.

Zeytun mədəniyyətinin ürəyi

Panikale və ətrafı zeytun bağları ilə məşhurdur. Trazimeno gölü ətrafında keçirdiyiniz uzun həftəsonu sizi zeytun yağı mədəniyyətinə tam şəkildə qərq edəcək. Yaxınlıqdakı Kastilyone-del-Laqo şəhərciyi göl sahilində ucalmış qayalıqda yerləşir və burada zeytun ağacından əl işləri, taxta lövhələr, qab-qacaq satan qədim Battilani dükanına rast gəlmək olar.

Agilla adlı kosmetik dükanında isə zeytun, üzüm və bitkilərdən hazırlanmış dəriyə qulluq məhsulları satılır. Təbii ki, əsas məhsul — zeytun yağıdır.

Mətbəx və restoranlar

Ərazidə çoxlu yerli yeməklər təqdim edən məkanlar var:

“Cucina & Giardino” – təzə tərəvəzlər və Trazimeno lobyası ilə salatlar (əsas yeməklər $15-dan başlayır)

“Il Gallo nel Pozzo” – şəhər meydanında yerləşir, müxtəlif italyan yeməkləri təqdim edir (əsas yeməklər $22-dan başlayır)

Umbriya regionu İtaliya yarımadasında dənizə çıxışı olmayan yeganə bölgədir, lakin balıq burada da var.

“La Locanda dei Pescatori” restoranı Trazimeno gölünün sahilində yerləşir və balıqçı kooperativi tərəfindən idarə olunur (əsas yeməklər $15-dan başlayır).

Mədəniyyət və incəsənət

Panikaleyə yaxın olan Çittà della Pieve şəhərində məşhur rəssam Raffaello-nun müəllimi Perucino doğulub. Onun əsərlərindən biri San Sebastiano kilsəsində yerləşir, çöldən sadə görünsə də, içərisi rəssamlıq inciləri ilə bəzədilmişdir. Giriş qiyməti 4 dollar.

Bundan əlavə

XVIII əsr teatrı

XVI əsr San’t Agostino kilsəsi

Santa Maria della Sbarra kilsəsi

Bu abidələrə bələdçili tur ilə baxmaq mümkündür (2 dəfə keçirilir, qiymət: 3 dollar).

Ən təsiredici məkanlardan biri — San Michele Arcangelo kilsəsidir.

Panikale hələlik kütləvi turizmin təsirinə düşməyib, bu səbəbdən də sakitlik və orijinallıq axtaranlar üçün ideal məkandır. Qonşuluqda yerləşən Kyuzi şəhəri isə qədim etrusk mədəniyyəti ilə tanınır.

Burada:

Milli Etrusk Muzeyi – nadir tapıntılarla doludur (giriş 7 dollar)

La Città Sotteranea – XVI əsr sarayının zirzəmisində yerləşən yeraltı məzar muzeyi (giriş 4 dollar)

Məzar daşları, qanadlı atlar və şənlik səhnələri ilə bəzədilmiş etrusk relyefləri ilə tanış olmaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri