Icma.az
close
up
RU
İtaliya həvəskarları üçün ölkənin ən gözəl qəsəbələrdən biri (FOTO)

İtaliya həvəskarları üçün ölkənin ən gözəl qəsəbələrdən biri (FOTO)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Perucianın qərbindəki təpələrdə yerləşən orta əsr Panicale qəsəbəsi kiçikdir, lakin uzun həftə sonları üçün idealdır. Burada qalmaq üçün 16 otaqlı şik butik otel var.

Qaynarinfo xəbər verir ki, "The Times" qəzetinin yazdığına görə, "Rastrello" oteli 2020-ci ildə Peruciadan bir saatlıq məsafədə, Trazimeno gölünə baxan XIV əsr binasında açılıb. Oteldə açıq hava ərazisi, "fermadan süfrəyə" (farm-to-table) konseptli Cucina & Giardino restoranı və - 2025-ci il yeniliyi olaraq - kiçik bir hovuz var.


Otaqlar yerli zeytun sortlarının adını daşıyır və yerli antikvar bazarından alınmış mebellərlə döşənib. Hamısından Panicale təpəsinin Trazimeno gölünə doğru olan yamacına mənzərə açılır; bəzi otaqlarda I Dünya müharibəsində həlak olan uşaqlarının xatirəsinə yerli ailələrin əkdiyi sərv ağaclarının üstündən ucalan balkonlar var.

Panicale hər yerdə olan zeytunları ilə məşhurdur. Zeytun bu qəsəbədə hər yerdədir. Nəşr qeyd edir ki, Trazimeno gölü ətrafında keçirilən uzun həftə sonları zeytun yağı mədəniyyətinə tam dalışdır.


Göl üzərində qayalıq bir uçurumda ucalan Kastilyone-del-Laqo qəsəbəsində müxtəlif mağazalar var: ilk mağaza Battilani, butulka mantarlarından tutmuş zeytun ağacından əl ilə oyulmuş kəsmə lövhələrinə qədər hər şeyi satırdı. Agilla dəri qulluğu mağazasında zeytun, üzüm və otlardan hazırlanmış üz və bədən kremlərini tapa bilərsiniz. Əlbəttə, zeytun yağını da.

Trazimeno ətrafında yerli məhsullardan hazırlanan yeməklər təqdim edən çoxlu yer var. "Cucina & Giardino" təzə tərəvəzlərdən, fəvqəladə qoz dadlı yerli qara gözlü lobya olan "fajolina del Trazimeno" ilə salatlar hazırlayır (əsas yeməklər 15 dollardan başlayır).

Şəhər meydanında müxtəlif italyan yeməkləri təqdim edən Il Gallo nel Pozzo restoranı var (əsas yeməklər 22 dollardan başlayır).


Nəşr qeyd edir ki, Umbriya İtaliya yarımadasında dənizə çıxışı olmayan yeganə regiondur, amma yerli balıq da mövcuddur. La Locanda dei Pescatori, Panicalenin altında, gölün sahilində yerləşən Trazimeno balıqçı kooperativi tərəfindən idarə olunan bir restorandır (əsas yeməklər 15 dollardan başlayır).

Əlbəttə, burada mədəniyyət də var. Rafaelin müəllimi Perucino qonşu Çitta della Pyevedə doğulmuş və Panicalenin kənarında yerləşən San Sebastiano kilsəsində əsərlərindən birini yaratmışdır. Kilsə xaricdən çox təvazökardır, amma içərisi tamamilə fərqlidir - arxa divarda Müqəddəs Sebastyanın ölüm ərəfəsində dayandığı və qırmızı, mavi və yaşıl dar şalvarlı (leggings) qıvrım saçlı oxatanların onu vurmaq üçün toplaşdığı səhnə təsvir olunub. Səhnə arxa fonda təpələrin düzənliklərə keçid etdiyi, onların arxasında isə suyun göründüyü mənzərə fonunda çəkilmişdir. Kilsədən çıxıb gölə tərəf baxanda turistlər eyni mənzərəni görə bilərlər. Kilsəyə giriş 4 dollardır.


Turistlər 3 dollara qəsəbənin digər görməli yerlərinə ekskursiya edə bilərlər: XVIII əsr teatrı, XVI əsr Sant-Aqostino kilsəsi və karnizlərində dini sənət nümunələri olan Santa-Maria-della-Sbarra kilsəsi. Ekskursiyalar gündə iki dəfə keçirilir və yerli turizm ofisindən sifariş verilə bilər.

Turistləri xüsusilə San-Mikele-Arcanelo kilsəsi heyrətə gətirir.

Panicale kiçikdir, amma bir almazdır - və gölün o tayındakı Korotona kimi hələ ki kütləvi turizm tərəfindən zədələnməyib.


Amma nəşrin qeyd etdiyi kimi, digər tərəfdən, bütün bölgə belədir. Trazimeno yaxınlığında qədim etrusklar üçün vacib olan Kyuzi şəhəri yerləşir. Burada indi bağlı olan sehrli rənglənmiş məzarlar var, amma onun muzeyi, Museo Nazionale Etrusco di Chiusi, fövqəladə tapıntılarla doludur (giriş 7 dollar). La Citta Sotteranea'da, XVI əsr palazzonun zirzəmisində, etrusk tunelləri ölülər muzeyinə çevrilib; burada minlərlə məzar daşı (hər biri adla işarələnmiş) və qanadlı atlar, ziyafət çəkən etruskların heykəlləri var (giriş 4 dollar).

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyul 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri