Icma.az
close
up
RU
İtaliya mətbuatı Makronun Papa seçkisinə müdaxiləsini tənqid edir: Müqəddəslikdə yer axtarmayın!

İtaliya mətbuatı Makronun Papa seçkisinə müdaxiləsini tənqid edir: Müqəddəslikdə yer axtarmayın!

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 may, AZƏRTAC

Romada yeni Papanın seçiləcəyi Konklavın açılışına bir neçə gün qalmış İtaliyanın bəzi mətbu orqanlarında Fransa prezidenti Emmanuel Makrona etiraz bildirilir və ona qarşı qəzəb nümayiş etdirilir. Buna səbəb isə onun Papa seçkisinə müdaxilə etmək istiqamətində addımlar atmasıdır.

AZƏRTAC xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, Fransa prezidenti Romada kardinallarla 2 nahar təşkil edib. Aprelin 25-də təşkil olunan naharda Katolik Dindarları Birliyinin qurucusu Andrea Rikkardi iştirak edib. Aprelin 26-də isə Fransanın Romadakı səfirliyində təşkil olunan naharda Marsel kardinalı Monsenyor Jan-Mark Aveline, Kristof Pyer, Amerika Birləşmiş Ştatlarının apostol nunsiosu Filip Barbarin və Ayaço yepiskopu Fransua Bustiyon iştirak ediblər.

“Il Libero”, "La Verita" və “Il Tempo” kimi mətbuat orqanlarında “Makron Konklavın işinə müdaxilə edir” başlıqlı məqalələrdə Makronun Jan-Mark Avelinenin Papa seçilməsinin təşviqi üçün səylərini artırdığı yazılır.

“Thesocialpost.it” internet saytının məlumatına görə, Fransa prezidentinin aprelin 26-da Papa Fransiskin dəfn mərasimi üçün Romaya səfəri “diplomatik marafon”a çevrilib. “Il Giornale d'Italia” isə yazır ki, E.Makron beş fransız kardinal seçicisindən dördünü toplantıdan daha çox strateji görüşə bənzəyən nahara çağırıb.

Mətbuat orqanları bildirir ki, Fransa prezidentinin ideoloji məqsədləri şübhə doğurmur. Onun kardinal Jan-Mark Avelineni təşviq etmək istəyi ilə “LGBTQ və miqrant tərəfdarı, eləcə də İslamla dialoqa sadiqlik” mövqeyini nümayiş etdirdiyi deyilir. Fransız müstəmləkəçiləri ailəsində doğulan və 1962-ci ildə dörd yaşında sürgünə məcbur olunan Aveline miqrant məsələsinə böyük həssaslığı ilə tanınır.

Bildirilir ki, E.Makron artıq Papa Fransiskin varisi üçün ad təklif edib. Kardinal Jan-Mark Aveline yeni Jan XXIV ola bilər. Məqalə müəlliflərinin fikrincə, Fransa prezidentinin bu istəyi əks nəticə vermək riski daşıyır və Avelinenin uğur şansını məhv edə bilər. Çünki səs verəcək kardinallar Konklavda təzyiqləri qəbul etmirlər. “Əgər o, sevimli kardinalını papalıq taxtına yüksəltməyi bacarsaydı, dərhal beynəlxalq nüfuzunu bərpa edərdi”, - deyə mətbuatda qeyd olunur.

Bununla yanaşı, bildirilir ki, Fransa prezidenti Vatikandakı beynəlxalq diplomatiyası ilə həm də Bolonya arxiyepiskopu Matteo Mariya Zuppinin və ya Vatikanın dövlət katibi Pietro Parolininin seçilməsinə mane olmağa çalışır. Katolik dairələr isə Makronun fəallığını ifrat sağçıların sevimlisi olan Robert Saranın namizədliyini əngəlləmək cəhdi kimi qiymətləndirirlər. Eləcə də vurğulanır ki, Makronun Vatikan işlərində fəal iştirakı müasir Fransada “siyasət və din arasında mürəkkəb əlaqəni” əks etdirir.

Bütün bunların fonunda mətbuatda E.Makrona "Müqəddəslikdə yer axtarmayın!", - deyə tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see160

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri