Icma.az
close
up
RU
İtaliya mətbuatı: “Qarabağ” möhtəşəm oyun göstərdi və “Napoli”yə xəbərdarlıq mesajı göndərdi in ARAŞDIRMASI

İtaliya mətbuatı: “Qarabağ” möhtəşəm oyun göstərdi və “Napoli”yə xəbərdarlıq mesajı göndərdi in ARAŞDIRMASI

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliya mediası Bakıda keçirilən və Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turuna təsadüf edən “Qarabağ” - “Çelsi” oyununa geniş yer ayırıb.

İdman.Biz xatırladaq ki, Qurban Qurbanovun komandası ilk hissədə 0:1 hesabı ilə geridə olsa da, fasiləyə qədər hesabı bərabərləşdirib və sonra önə keçib (2:1). İkinci hissədə isə “Zadəganlar” məğlubiyyətdən qaça biliblər (2:2). Beləliklə, “Qarabağ” növbəti görüşünü 25 noyabrda səfərdə “Napoli”yə qarşı keçirəcək.

İtaliyada Bakıda qeydə alınan heç-heçə “Napoli” üçün siqnal kimi dəyərləndirilib. Artıq Azərbaycan çempionu “rahat rəqib” kimi yox, özünə inanan və təhlükəli rəqib kimi qəbul olunur.

“CalcioNapoli24” nəşri nəticəni “Qarabağın qəhrəmanlığı” adlandıraraq yazır ki, “Çelsi”ni dayandıran Qurban Qurbanovun komandası indi “Napoli” ilə həlledici döyüşə hazırlaşır və bu qarşılaşmada “üç həyati vacib xal” uğrunda mübarizə aparacaq.

Nəşr Ağdam klubunun yetkin oyun tərzini xüsusi vurğulayıb:

“Qarabağ” qol buraxdıqdan sonra müdafiəyə çəkilmədi, yüksək pressinq tətbiq etdi, “Çelsi”ni səhvlərə məcbur etdi və sübut etdi ki, aparıcı liqalarda çıxış edən komandalarla bərabər səviyyədə oynaya bilir.”

“AreaNapoli” isə hələ oyunun fasiləsində “Napolinin növbəti rəqibi əsl tamaşa göstərir” başlıqlı yazı dərc edib. Məqalədə “Qarabağ”ın 0:1-dən 2:1-ə yüksələn dinamik oyunundan, Bakının atmosferindən və aqressiv futbolundan bəhs edilərək bildirilib ki, bu “Qarabağ” Antonio Kontenin komandası üçün ciddi xəbərdarlıqdır.

“Tuttosport” isə birbaşa müraciətlə yazıb: “Napoli”, bax bu “Qarabağ”a - “Çelsi”ni dayandırdı!” Nəşr qeyd edir ki, Azərbaycan çempionu təkcə ingilislərdən xal almaqla kifayətlənməyib, onları “əziyyətə salaraq” həm xarakter, həm də oyun nizam-intizamı nümayiş etdirib.

İtaliya mediası həmçinin “Napoli”nin baş məşqçisi Antonio Kontenin dördüncü turdan əvvəl dediyi sözləri xatırladıb:

“Çempionlar Liqası tamamilə fərqli bir dünyadır. “Qarabağ”ın altı xalı var və bu təsadüfi deyil”.

İtalyanlar bu fikri “Qarabağ”ın gücünə sübut kimi gətirərək vurğulayıblar ki, Ağdam təmsilçisi bir daha təzyiq altında soyuqqanlı qalmaq, güclü klublarla mübarizə aparmaq və öz üstünlüklərindən maksimum istifadə etmək bacarığını göstərib.

Artıq İtaliyada 25 noyabrda Neapolda keçiriləcək oyun sadəcə formal qarşılaşma kimi yox, həm “Napoli”, həm də gözlənilməz dərəcədə güclü Ağdam təmsilçisi üçün real sınaq kimi dəyərləndirilir.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin dörd turundan sonra “Qarabağ” 7 xalla turnir cədvəlində 15-ci, “Napoli” isə dörd xalla 24-cü yerdə qərarlaşıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri