Icma.az
close
up
RU
İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ ni ziyarət edib FOTO

İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ ni ziyarət edib FOTO

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Mannino və onun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU), Hərb Oyunları Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində olublar.

Müdafiə Nazirliyindən Xalqcebhesi.az-a verilən xəbərə görə, əvvəlcə MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində uğurla inkişaf edən əlaqələrin qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. General-polkovnik S.Mannino da öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Keçirilən görüşlərin hər iki ordunun hərbi təhsil sahəsi üçün səmərəli olacağını bildirən qonaq, bu istiqamətdə görülən işlərin qarşılıqlı təcrübə mübadiləsi üçün faydalı olduğunu xüsusi qeyd edib. Daha sonra italiyalı nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi, elektron üsulla xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb. General-polkovnik S.Mannino xatirə kitabına ürək sözlərini yazıb. Görüş başa çatdıqdan sonra İtaliya nümayəndə heyəti Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzdə icra olunan fəaliyyətlərlə bağlı zəruri məlumatlar verilib. Qonaqlar səfər çərçivəsində MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyində olublar. Ziyarət əsnasında qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərimiz üçün salınmış memorial kompleksin önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar xüsusi təyinatlı təhsil müəssisələrində yerləşən Heydər Əliyev Muzeyinə gələrək Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib. İtaliyalı nümayəndə heyəti Hərbi Liseydə və İnstitutda təhsil alan kursantlar üçün yaradılmış şəraitlə tanış olub, onların fikirlərini öyrənib, təklif və tövsiyələrini verib. Qonaqlar üçün hərbi orkestr tərəfindən italyan musiqi kompozisiyaları səsləndirilib, italiyalı nümayəndə heyətinə kursantların nümunəvi çıxışlarını izləyib. Daha sonra brifinq zalında keçirilən görüş zamanı tərəfləri maraqlandıran mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. İtaliya nümayəndə heyəti səfər çərçivəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsini ziyarət edib. Qonaqları salamlayan HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında İtaliya Respublikasının xüsusi yeri olduğunu qeyd edib. Daha sonra qonaqlara hərbi hissənin tarixi, keçdiyi döyüş yolu və qarşıda duran məqsədləri ilə bağlı brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Ziyarət zamanı qonaqlara hərbi hissənin silahlanmasında olan bəzi hərbi vasitələr əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Qonaqlar, həmçinin təlim meydanında dəniz xüsusi təyinatlılarının iştirakı ilə nümayiş olunan nümunəvi çıxışları izləyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 May 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see218

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see124

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see121

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see121

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see118

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see117

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see117

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see115

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see115

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see114

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see114

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see112

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see112

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see112

BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib

05 İyul 2025 23:44see111

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri