Icma.az
close
up
RU
İtaliya Prezidentinin Azərbaycana səfəri ölkəmizin sabit mövqeyinin daha da möhkəmləndiyini təcəssüm etdirir RƏY

İtaliya Prezidentinin Azərbaycana səfəri ölkəmizin sabit mövqeyinin daha da möhkəmləndiyini təcəssüm etdirir RƏY

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

İtaliya Prezidentinin Azərbaycana səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin tədbir korpuslarının açılması iki ölkə arasında təhsil və mədəni əməkdaşlıq sahələrində əlaqələrin inkişafına yeni təkan verəcək. Belə ki, İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti iki ölkə arasında insan resursları, elmi tədqiqatlar və mədəni əlaqələrin gücləndirilməsinə xidmət göstərəcək. Burada əkinçilik, aviasiya texnologiyaları, memarlıq, dizayn və digər fənlərin tədrisi nəzərdə tutulub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva səsləndirib.

“Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Sercio Mattarella çıxışlarında bir sıra mühüm mesajlar da verdilər. Belə ki, Prezident İlham Əliyev İtaliyanı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi xarakterizə edərək, ikitərəfli əlaqələri enerji sektorunda xüsusi rol oynadığını vurğuladı. Dövlətimizin başçısı TAP (Trans-Adriatik Boru Kəməri) boru kəmərini xatırladaraq, bu layihədəki dəstəyinə görə İtaliya Prezidentinə xüsusi təşəkkürünü bildirdi. Həmçinin elektrik enerjisinin ixracı və enerji layihələrinin genişləndirilməsi barədə planlardan bəhs etdi.

Sercio Mattarella isə İtaliya ilə Azərbaycan arasındakı əlaqələri "möhtəşəm" adlandıraraq, mədəni, iqtisadi və siyasi bağların güclü olduğunu qeyd etdi. O, İtaliya-Azərbaycan Universitetinin açılışını və ölkələrarası əməkdaşlığın dərindən inkişafını simvolik addım kimi qiymətləndirdi”, - deyə deputat diqqətə çatdırıb.

J.Əliyeva əlavə edib ki, səfərin ən diqqətçəkən tərəflərindən biri enerji sahəsindəki əməkdaşlığın gücləndirilməsi idi. İtaliya uzun müddətdir ki, Azərbaycanın neft və qazı ixracında mühüm istehlakçıdır. Cənub Qaz Dəhlizi, o cümlədən TAP kəməri vasitəsilə Azərbaycan qazı İtaliyaya daşınır. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bu cür enerji ticarəti qarşılıqlı fayda yaratmaqdadır. Eyni zamanda, İtaliyanın enerji balansında Azərbaycan nefti böyük paya sahibdir. Bundan əlavə, SOCAR şirkəti İtaliyada fəaliyyət göstərən “Italiana Petroli” (IP) şirkətinin böyük payını almaq üçün razılaşmalar imzalayıb. Bu, Azərbaycan ilə İtaliya arasında enerji və investisiya sahələrində yeni mərhələdir. Bu kimi investisiyalar yalnız xam neft-qaz ixracı ilə məhdudlaşmır, Azərbaycanda enerji infrastrukturu, logistika və texnologiya mübadiləsi istiqamətlərində əməkdaşlığı da gündəmə gətirir.

“Bu səfər yalnız ikitərəfli əlaqələr baxımından deyil, həm də region üçün mühüm mesajları ehtiva edirdi. Belə ki, Azərbaycanın sahib olduğu enerji resursları Avropanın enerji təchizatında və investisiya qoyuluşunda ölkəmizi strateji mövqeyini gücləndirir. Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan münasibətlərində İtaliyanın dəstəyi diqqət çəkir. Rəsmi Roma Bakı ilə Brüssel arasındakı əlaqələri gücləndirməyə çalışır.

İtaliya Prezidentinin Azərbaycana səfərinin uzunmüddətli nəticələri və təsiri haqqında danışarkən, həmçinin qeyd etməliyik ki, bu səfər siyasi əlaqələrə yeni dinamika gətirməklə bərabər, ölkəmizlə beynəlxalq platformalarda həmrəylik imkanlarını gücləndirir və Azərbaycanın sabit mövqeyinin daha da möhkəmləndiyini təcəssüm etdirir”, - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri