Icma.az
close
up
RU
İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək ŞƏRH

İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü ilə iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda, iqtisadi, enerji, təhsil və mədəni sahələrdə də etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.

O xatırladıb ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də ta¬nıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasın¬da diplomatik əlaqələr qurulub: “1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbayca¬nın İtaliyada səfirliyi açılıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəs¬mi səfəri iki dövlət arasında bütün sahələr¬də münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaş¬lıq üzrə yeddi saziş imzalanmışdı. Həmin səfərdən sonra qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etməyə başladı və bundan sonra bir sıra səfərlər həyata keçirildi. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azər¬baycana ilk dövlət səfəri də əlaqələrimi¬zin inkişafında xüsusi yer tutur. Bu səfər¬dən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliya-ya dövlət səfəri baş tutub. Böyük uğurla keçən səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya, ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd im¬zalanıb. Romada, həmçinin Azərbaycanın dövlət başçısı və İtaliya Nazirlər Şurasının Sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliya¬ya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Romada Azər¬baycan Respublikasının səfirliyinin yeni binasının açılışı oldu, İtaliya-Azərbaycan Univer¬siteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edildi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akade¬mik əməkdaşlığa dair sazişlərin imzalanma mərasimi keçirildi. Dövlətimizin başçısının, həmçinin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə ötən ilin sentyabrın 4-də Romaya işgüzar səfəri də gerçəkləşib və Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Ötən gün Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri isə bu strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir və iki ölkə arasında qarşılıqlı etimadın, əməkdaşlığın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir”.

Prezident İlham Əliyevin Azərbaycan-İtaliya əlaqələrinin inkişafında xüsusi rola malik olduğunu vurğulayan S.Salmanova əlavə edib: “Onun diplomatik liderliyi, strateji baxışı və milli maraqları ön plana çıxaran siyasəti nəticəsində əlaqələr təkcə ikitərəfli deyil, həm də regional və qlobal səviyyədə nümunəvi tərəfdaşlıq xarakteri alıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artırıb. Bu layihə İtaliya ilə strateji əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Xam neft və neft məh¬sullarının ixracında İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşına çevrilib”.

Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü qeyd edib ki, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Ölkələrimiz arasındakı illik ticarət dövriyyəsi hər il artmaqdadır və bu, İtaliyanın Cənubi Qafqaz regionunda əsas tərəfdaş olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazım¬dır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanıl¬ması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Bu gün İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması isə bunun bariz nümunəsidir.

Milli Məclisin deputatı hesab edir ki, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq, həmçinin gələcək illərdə də İtaliya və Azər¬baycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə xidmət göstərəcək. Beləliklə, iki ölkə arasında qarşılıqlı münasibətlər Avropa və Azərbaycan arasında əməkdaşlığın ən uğurlu nümunəsi kimi öz əhəmiyyətini daha da artıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri