Icma.az
close
up
RU
İtaliya Qəzzadakı xəstələrin ixtisaslaşdırılmış xəstəxanalara köçürülməsini təşkil edən ilk Qərb ölkəsidir

İtaliya Qəzzadakı xəstələrin ixtisaslaşdırılmış xəstəxanalara köçürülməsini təşkil edən ilk Qərb ölkəsidir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Roma, 6 oktyabr, AZƏRTAC

İtaliya Qəzza zolağından tibbi yardıma ehtiyacı olanların ixtisaslaşdırılmış xəstəxanalara köçürülməsini təşkil edən ilk Qərb ölkəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik 2024-cü il martın 11-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birgə “Qəzza üçün ərzaq” təşəbbüsünü irəli sürüb. İtaliya Nazirlər Şurası son aylarda Qəzza zolağına yardımlar üçün fövqəladə vəziyyətin müddətini uzadıb, layihəyə ayrılan maliyyəni təxminən 40 milyon avroya qədər artırıb. Həmçinin, zolaqda xəstəxanaları, dərman vasitələri ilə təminatı, təcili tibbi yardım və səhiyyə fəaliyyətlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-ə 10 milyon avro vəsait ayırılıb.

Qeyd olunub ki, İtaliya buvaxtadək Qəzza zolağına təxminən 2300 ton ərzaq, tibbi və ilkin tələbat malları ayırıb, eyni zamanda Ümumdünya Ərzaq Proqramı ilə birgə 2000 ton un paylayıb. İtaliyanın Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində isə Qəzza bölgəsinə hava yolu ilə 100 ton ərzaq çatdırılıb.

Bundan başqa, indiyədək Qəzzadan olan 196 uşaq (ailələri ilə birlikdə ümumilikdə 658 nəfəri) İtaliyadakı səhiyyə müəssisələrinə qəbul edilib. Fələstindən olan 39 tələbə və tədqiqatçı İtaliyanın 14 universitetinə qəbul olunub. Qəzzadən olan fələstinli tələbələrə 150-dən çox, İordan çayının qərb sahilində yaşayan fələstinli tələbələrə isə 50-dən çox təqaüd verilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri