İtaliya sahillərində qayıqda ikisi uşaq olmaqla ölmüş üç miqrant aşkarlanıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Roma, 12 may, AZƏRTAC
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində qayıqda ikisi uşaq olmaqla ölmüş üç miqrant aşkar olunub.
AZƏRTAC xəbər verir ki, onların 57 nəfərlə birlikdə həftənin əvvəlində Liviyanın Zaviya şəhərindən yola düşən 8 metrlik qayıqda aclıq və susuzluqdan öldüyü bildirilir. Qayıqdakı digər miqrantlar humanitar gəmi tərəfindən xilas edilib. Bir nəfər itkin düşüb.
Xilas olunanlar Lampeduza adasındakı düşərgəyə çatdırılıb. Miqrantlar Qambiya, Qana, Niger, Syerra-Leone, Nigeriya və Toqo vətəndaşlarıdır.
Bundan başqa, ötən gecə ərzində İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən xilas edilən daha 236 miqrant Lampeduza adasına gətirilib.
Qeyd edək ki, 2014-cü ildən bəri Aralıq dənizində Avropaya çatmağa çalışan təxminən 32 min, təkcə cari ilin əvvəlindən indiyədək isə 500-dək insan ölüb və ya itkin düşüb. Onların çoxu uşaq və yeniyetmələr olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 May 2025 03:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















