Icma.az
close
up
RU
Kredit müddətinin uzadılması hansı hallarda mümkündür ? EKSPERT DANIŞDI

Kredit müddətinin uzadılması hansı hallarda mümkündür ? EKSPERT DANIŞDI

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kredit ödənişləri ilə bağlı mümkün gecikmələr və onların hüquqi nəticələri vətəndaşların diqqət yetirməli olduğu mühüm maliyyə məsələlərindən biridir. Xüsusilə ödəniş intizamının pozulması nəticəsində kredit tarixçəsinin mənfi istiqamətdə dəyişməsi və sözdə “qara siyahı”ya düşmə riski yaranarsa, bu halda önləyici tədbir kimi vaxtında banka müraciət etmək tövsiyə olunur”. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, erkən müraciət həm hüquqi, həm də maliyyə baxımından risklərin azaldılmasına xidmət edir:“Kreditin müddətinin uzadılması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, mövcud qanunvericilik kredit alan şəxsə bu hüququ avtomatik şəkildə tanımır. Müddətin uzadılması yalnız əsaslandırılmış hallar mövcud olduqda və bankların daxili qaydalarına uyğun şəkildə həyata keçirilə bilər. Belə hallar sırasında vətəndaşın əmək qabiliyyətini müvəqqəti itirməsi, ciddi sağlamlıq problemləri və ya digər fövqəladə sosial-iqtisadi vəziyyətlər göstərilə bilər. Bu zaman müvafiq sübutedici sənədlərin təqdim olunması əsas şərtlərdən biridir.Əsaslı səbəblər mövcud olduqda bank tərəfindən kreditin restrukturizasiyası prosesi yenidən qiymətləndirilə bilər. Bu proses çərçivəsində yeni ödəniş cədvəli tərtib oluna, kreditin müddəti uzadıla və ya risklərin yüksək qiymətləndirilməsi halında müraciətə imtina edilə bilər. Qeyd olunmalıdır ki, müddətin uzadılması kredit alan şəxs üçün ümumi borc məbləğinin artmasına səbəb olur ki, bu da faiz dərəcələri və kredit müddəti ilə birbaşa əlaqəlidir.Bankların imtina qərarı verməsi bir neçə amillə şərtlənə bilər. Ən əsas səbəblərdən biri təqdim olunan əsasların kifayət qədər tutarlı olmaması və ya sənədlərdə uyğunsuzluqların mövcudluğudur. Bununla yanaşı, bankların likvidlik riski də mühüm rol oynayır. Banklar yalnız kredit verən qurumlar deyil, eyni zamanda depozit sahibləri qarşısında maliyyə öhdəlikləri olan institutlardır. Kredit restrukturizasiyası üçün müraciətlərin kütləvi xarakter alması bankın maliyyə sabitliyi baxımından əlavə risklər yarada bilər.Kredit müddətinin uzadılması qarşılıqlı razılaşma əsasında və risklərin kompleks qiymətləndirilməsi yolu ilə həyata keçirilən prosesdir. Bu prosesdə həm vətəndaşın maliyyə vəziyyəti, həm də bankın iqtisadi dayanıqlılığı əsas meyarlar kimi çıxış edir”.

Müəllif: Günay Hacıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri