İtaliya və İspaniya sakinləri qeyri adi səbəbdən etiraz aksiyası keçirirlər...
Icma.az, Sia Az saytına istinadən bildirir.
....İyunun 15-i bazar günü İspaniya və İtaliyanın məşhur səyahət yerlərində nəzarətsiz turizmə qarşı nümayişlər keçirilib.
Belə ki, Barselonada keçirilən aksiyada altı yüzə yaxın insan iştirak edib.
SİA xəbər verir ki, “Deutsche Welle”nin məlumatına görə, izdiham “Sizin bayramınız mənim bədbəxtliyimdir” şüarları səsləndirib və “Kütləvi turizm şəhəri öldürür”, eləcə də “Onların tamahkarlığı bizi məhv edir” sözləri yazılmış plakatlar qaldırıb.
Onlardan bəziləri su tapançasından da atəş açıb, vitrinlərə və otellərə “Turistlər evə gedirlər” stikerləri yapışdırıblar. Reuters qeyd edir ki, keçən il 1,6 milyon əhalisi olan Barselona 26 milyon turist qəbul edib.
Turist axınının azaldılması tələbi ilə etirazlar Cənubi Avropanın digər şəhərlərində də keçirilib: xüsusilə, Malaqa, Palma-de-Malyorka, San Sebastian, Qranada və İspaniyanın İbiza adalarında, həmçinin İtaliyanın Genuya, Palermo, Neapol, Milan və Venesiya şəhərlərində…
Sonuncu şəhərdə etirazçılar 1500-ə yaxın turisti qəbul edə biləcək iki yeni otelin tikintisinə mane olmaq istəyirlər.
2025-ci ildə Avropada beynəlxalq səyahət xərcləri 11 faiz artaraq 838 milyard dollara (727 milyard avro) çata bilər, Reuters xəbər verir. Fransa və İspaniyanın rekord sayda turist qəbul edəcəyi gözlənilir.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 16 İyun 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















