İtaliyada Enzo Mareska iddiası: “Fiorentina” onu gözləyir
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çelsi”nin keçmiş baş məşqçisi Enzo Mareska karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
İdman.Biz İtaliya mətbuatına istinadla xəbər verir ki, “Fiorentina” mütəxəssisin xidmətində maraqlıdır. Klub rəhbərliyi cari mövsümün sonunda Mareskanı komandanın sükanı arxasına gətirməyə hazırdır.
Məlumata görə, “bənövşəyilər”in idman direktoru Fabio Paratiçi artıq 46 yaşlı məşqçi ilə ilkin təmas quraraq ona klubun uzunmüddətli layihəsini təqdim edib. Qeyd edək ki, Mareska bu ilin əvvəlində rəhbərliklə yaşanan fikir ayrılıqları səbəbindən London klubundan ayrılıb və hazırda işsizdir.
İtaliya çempionatının 29 turundan sonra “Fiorentina” 28 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Florensiya təmsilçisi növbəti oyununu bu gün, martın 22-də doğma meydanda “İnter”ə qarşı keçirəcək.
Qeyd edək ki, Mareska 2004/2005 mövsümündə "Fiorentina"nın formasını geyinib və 25 oyuna beş qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 22 Mart 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















