İtaliyada həlak olmuş jurnalistlərin xatirəsinə Milli Gün təsis olunub
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyada peşə fəaliyyətini yerinə yetirərkən həlak olmuş və ya öldürülən jurnalistlərin xatirəsinə Milli Gün təsis edilib. SİA xəbər verir ki, İtaliya parlamenti bununla bağlı qanun qəbul edib. Qanuna əsasən, mayın 3-ü ölkədə Jurnalistlərin Xatirəsi Milli Günü kimi qeyd olunacaq.
İtaliyanın Baş naziri Ciorcia Meloni deyib ki, peşə fəaliyyətinə görə həlak olmuş jurnalistlərin xatirəsinin yad edilməsi üçün Milli Gününün təsis olunması haqqında qanun layihəsinin parlamentdə yekdilliklə təsdiq edilməsini böyük məmnunluqla alqışlayıram.
“Bu gündən etibarən mayın 3-ü vətəndaşların məlumat almaq hüququnu təmin edərək, öz peşəkarlığını və cəsarətini hamımızın xidmətinə qoyanların şərəfləndirilməsi üçün təntənəli an olacaq. Jurnalistlərə hörmət etmək indi dövlət qanunlarında təsbit edilmiş bir vəzifədir və biz onu şərəfləndirməyə sadiqik”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 İyul 2025 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















