Icma.az
close
up
RU
İtaliyalı nazir: Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqda maraqlıyıq

İtaliyalı nazir: Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqda maraqlıyıq

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

İtaliyada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə bu ölkənin mədəniyyət naziri Alessandro Ciuli ilə görüşüb.

Azərbaycanın Mədəniyyət Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, azərbaycanlı həmkarını salamlayan Alessandro Ciuli iki ölkə arasında ticarət və energetika sahələrində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Qeyd edib ki, İtaliya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqda da maraqlıdır. “Biz Heydər Əliyev Fondunun İtaliyada, eləcə də Vatikanda tarixi-dini irsin bərpasına verdiyi töhfələri yüksək qiymətləndirir, buna görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, - italiyalı nazir əlavə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən A.Kərimli Azərbaycan və İtaliya rəhbərləri arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan dövləti də İtaliya ilə əməkdaşlığa önəm verir. 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr məmnunluq doğurur.

İtaliya tarixi-mədəni irsin bərpası və mühafizəsi, muzey və kitabxana işi sahələrində zəngin təcrübəyə malikdir. Azərbaycan tərəfi bu sahədə dost ölkənin təcrübəsindən faydalanmaqda maraqlıdır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı xalqımızın çoxəsrlik tarixi-mədəni mirası dağıdılıb, vandalizmə məruz qalıb. Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi-mədəni abidələrin təmir-bərpası xüsusilə diqqət mərkəzində saxlanılır. İtaliya da işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə töhfəsini verir.

Görüşdə bədii təhsil, mədəniyyət ocaqlarının idarə edilməsi, musiqi kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Dekabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri