Icma.az
close
up
RU
İtaliyanın Kampi Fleqrey şəhərində seysmik aktivlik artıb

İtaliyanın Kampi Fleqrey şəhərində seysmik aktivlik artıb

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Son bir neçə gündür İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində seysmik aktivlik artıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) bölgədə müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olduğunu açıqlayıb. Ötən gecə isə 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Episentri Pozzuoli qəsəbəsindən 5 kilometr aralıda olan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar əhali arasında təşviş yaradır. Bölgədəki bələdiyyələr evlərində qalmaq istəməyən vətəndaşlar üçün iki idman zalı təchiz edib. Onlara termal yorğanlar da daxil olmaqla əsas ləvazimatlar paylanılıb. İbtidai və orta məktəblərdə ehtiyat tədbiri olaraq tədris dayandırılıb.

Milli Mülki Müdafiə Departamentinin rəhbəri Fabio Çiçilianonun bu gün bölgədəki vətəndaşlarla məlumatlandırıcı görüş keçirəcəyi bildirilib.

Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son bir ildə artıb. Sonuncu dəfə ən uzunmüddətli seysmik aktivlik isə 1980-ci illərin əvvəllərində qeydə alınıb.

İtaliya hökuməti yüksək riskli bölgə olan Kampi Fleqreydən kütləvi evakuasiya ilə bağlı fövqəladə vəziyyət planını 2023-cü ildə yeniləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri